«Xural» Oxucuları ilə 2011-ci il yanvarın 9-da görüşəcək!

Əvəz Zeynallı

Əziz «Xural» Oxucuları!

Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə görüşünüzə, 2011-ci il yanvar ayının 2-də – növbəti bazar günü gələ bilməyəcəyik. Ona görə də bizi – sevimli qəzetinizi bir həftə daha gözləməli olacaqsınız. Yəni «Xural» növbəti görüşünü Siz Əziz Oxucularla yanvar ayının 9-da gerçəkləşdirəcək. Amma bu zaman zərfində də Sizinlə ayrı qalmamaq üçün www/xural.com saytımız işləyəcək və biz saytımız vasitəsilə Sizlərə «Xural»ın arxivindən möhtəşəm yazılar təqdim edəcəyik.

Fürsətdən istifadə edərək «Xural» rəhbərliyi olaraq bütün Oxucularımızı və Əziz Millətimizi qarşıdan gələn Yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir, dövlətimizin gələcəyinin daha aydınlıq olmasını arzulayırıq. Ümid edirik ki, «Xural» olaraq gələn il də yaşaya və fəaliyyət göstərə biləcəyik…

Bayramlarınız mübarək olsun, Əziz Millət! Yanvarın 9-da görüşürük!..

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button