«Xural»ın saytı açıldı!!!

«Xural.com»a xoş gəldiniz!!!

İllər bizi «Xural»la 9 il bir yerdə yaşatdı. Hər zaman əsrin ən böyük möcüzəsi sayt haqqında da düşündük. Düşündük, amma biz bir yerdə toplu olaraq 1000-1500 manat pul tapıb qəzetə normal bir sayt aça bilmədik. Dostlarımızın imkanları olmadı, rəqiblərimiz zatən heç yaşamağımızı istəmədilər. Beləcə, uzun illər bütün gücümüzü və imkanlarımızı qəzetin üzərinə yoğunlaşdırdıq və qəzetlə çarpışmağa başladıq. Zaman-zaman başımız məhkəmə çatışmalarında elə qarışdı ki, açığı, nə sayt – heç yaşamaq haqqında düşünməyə vaxtımız olmadı…
İndi budur, 8 ilin tamamında, 9-cu ilin 2-ci ayında «Xural» özünün saytına qovuşur. İndən sonra bizi «www.xural.com» saytından izləyə biləcəksiniz. Hələlik yeni başlamışıq. Cəmi-cümlətanı 1 həftədir. Sayt işində təcrübəsizik. Zatən 8 il iki aydan sonra, təxminən 400-cü sayımızdan da norton proqramı ilə vidalaşmışıq. Yəni təbiri caizsə, «əcnəbi göydə balonlarda gəzəndə», biz hələ «avtomobil minməklə» məşğul olmuşuq. Amma bilənlər bilir, bizim sürətlə yeni texnologiyaları mənimsəmək və tətbiq etmək vərdişlərimiz də var. Dediyimiz odur ki, ilk günlər, həftələr bir az yavaş templə hərəkət edə bilərik, amma yaxın gələcəkdə inanırıq ki, sayt sahəsində də «xural.com» öndə gedənlərdən biri olacaq.

Hələlik sadəcə qəzetimizin materiallarını yayınlayacağıq.

«Xural»ın böyük və möhtəşəm bir arxivi var və böyük ehtimalla o arxivin bəzi hissələrini saytımıza yerləşdirəcəyik. Bundan əlavə, gündəlik xəbər saytı kimi də işləyəcək və ölkənin nəbzini tutmağa çalışacağıq. Təbii ki, qıt imkanlar və əməkdaşlarla bunun da öhdəsindən layiqincə gələcəyimizə və bu şərəfli işi Azərbaycan mətbuatının tarixində yürüdəcəyimizə inanırıq.

Əsas odur ki, artıq «xural.com» var və dünyanın hər tərəfindən bizimlə ünsiyyətdə ola biləcəksiniz…

«xural.com»a xoş gəldiniz!!!

Əlaqəli məqalələr

13 şərh

  1. Qəzetinizin saytnın açılması xəbərinə ürək dolusu sevindim. Bununla da Xural öz oxucularının sayını xeyli artırmış oldu. Saytın açılmasını media aləmində əlamətdar bir hadisə sayıram və sizə uğurlar arzulayıram!

  2. Dəyərli Əvəz bəy və Xuralçılar, sizi təbrik edirəm. Saytınızın da qəzetin özü kimi uğur qazanacağına şübhəm yox. Siz doğru yoldasınız, yolunuz uğurlu olsun. Maneələr hər yolda var, sizdə də olacaq, amma peşəkar üçün belə maneələr daha çox çalışmaq üçün stimuldur. Bir daha təbriklər!

  3. Xural qazetinin indiye kimi cixan butun nomrelerininin demek olar ki , hamisini oxumusam.Qazetin butun nomrelerini hansi cetinliklerle elde etdiyimi bir allax bilir.Saytiniz acildi.Bu munasibetle sizden cox belke de men sevindim . Tesekkurler XURAL.Tesekkurler Evez Zeynalli ve onunla birlikde eziyyet ceken butun xuralcilar .

  4. “Xural”qəzeti yarandığı gündən özünə fərqli bir yol tutdu. Həddən artıq çox eyninin içində isə fərqlini görmək daha asandır.Əvəz bəy,çoxlarının vaxtı ilə inanmadığı,gəldi-gedər həvəs kimi baxdığı ironiyalarını Sizə qarşı olan tutqu və basqılara baxmayaraq öz gərgin əməyinizlə alt-üst edərək geniş oxucu kütləsi qəlbində ilə “Xural” məbədi qurdunuz.Mən Sizin əzmkarlığınızı qəhrəman neftçi Fərman Salmanovla müqayisə etmək istərdim.Bir zamanlar ona da gülürdülər ki, əgər özünlə Bakıdan neft gətirmisənsə, Sibirdə axtar…Sonrası isə məlum… Mən Sizə və bütün “Xural”çılara möhkəm can sağlığı,kəsərli qələm,işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

  5. Əvəz bəy sizə və kollektivinizə can salığı arzu edirəm.Siz azad mətbuatın gözüsüz sizə olan təziqlər onu gösterir k,bunlar azad mətbuatın və azad AZƏRBAYCAN vətəndaşının düşmənləridi.Bunu XURAL qəzetini oxuyanlar tam dəqiq bilir.SİZƏ UĞURLAR BÖYÜK GƏLƏCƏYƏ XURAL KOLLEKTİVİ..

  6. SEVGİLİ DOSTLARIM,SEVGİLİ XURAL OKUYUCULARI.XURALA BÖHTANDA BULUNARAK,ONU PASSİVİZE ETMENİN İMKANSIZ OLARAK,BOŞ GAYRETTEN BAŞKA BİRŞEY OLMADIĞI AÇIĞA ÇİKMIŞTIR,ÇÜNKÜ XURAL HAKTAN,HUKUKTAN VE HÜMANİTER ANLAYIŞTAN YANADIR.XURALDA YAZAN BİZLER HALKIMIZIN NAMUSUNU VE ŞEREFİNİ KORUMAYI İDEAL EDİNMİŞİZ.XURAL İNSAN HAK VE HÜRRİYETLERİNE,VATANIMIZIN GELECEYİNE ÖNEM VEREN BİR MANTALİTEYE SAHİPTİR.XURALI HİÇBİR DİKTA VE FAŞİST,KOMİNİZAN TAZYİK,AZADLIK YOLUNDAN MEN EDEMİYECEKTİR.BİZLER ALLAHTAN BAŞKA KİMSEYE BİAT ETMEDİK VE ETMİYECEYİZDE.XURALIN YOLU,İNANÇ YOLU,ALLAH YOLUDUR.BİZLER ÜLKEMİZE VİCDAN VE MATBUAT HÜRRİYETİNİN YERLEŞMESİ MÜCADELEYİ DEVAM ETTİRECEYİZ.XURALCILARIN YOLU VATANIN SELAMET YOLUDUR.ÖMRÜMÜZ ELVERDİYİ KADAR NE ZİNDANLARDAN VE NEDE HIRSIZ VE SOYGUNCU İDAREYE BAŞ EYMİYECEYİZ.XURALCI OLARAK,HALKIMZIN YNINDA OLMAYA DEVAM EDECEYİZ.BAŞ REDAKTORÜMÜZ,ZİNDANDA DEYİL HALKIMIZIN KALBİNDE BİR KAHRAMAN OLRAK EBEDİYETE KADAR YAŞIYACAKTIR.BİZLER KANUN HAKİMİYETİNE İNANARAK ŞERFLİ YOLUMUZA DEVAM ETMEKTEYİZ.YÜCE ALLAH BİZLERLE BERABERDİR..prof.dr.yahya taşdelen. ankara

  7. ey akılsız faşizan korku ve polis hegemonyası,BÜTÜN DÜNYA ALEM SİZLERİ GELECEĞİN EN KARANLIK VE KORKUNÇ YÖNETİCİLERİ OLARAK İFADE ETMEKTEDİR.BUGÜN VATANDAŞIMIZI İNLETEN VE ONLARI YERLERDE K.G.B HAPİSHANELERİNDE SÜRÜNDÜREN SİZLERE BİR MEZAR DAHİ BULUNAYIYACAKTIR.BİZLER YURTSEVER İNSANLAR OLARAK İNANINIZKİ SİZLERİN BÖYLESİNE SÜRÜNGEN HALİNE GELMESİNE ACIYACAK VE IZDIRAP DUYACAĞIZ.ZALİMLERİ YİNE ALLAHIN AFFETMESİ İÇİN,BİZ HÜRRİYETPER İNSANLAR DUA EDECEYİZ. İNSANLIĞIN NE OLDUĞUNU GÖSTERMEYE MECBURUZ.HALKIMIZIN HAYAL ETTİĞİ DEMOKRASİYİ,BİZLER HALKIMIZA ARMAĞAN EDECEYİZ. PROF.DR. YAHYA TALDELEN. ANKARA

  8. VAY AKILSIZ DİKTA VAY ZAVALLI HALKIMIZIN DÜŞMANI SİYASİ TİYATROCULAR.ALLAH SİZLERİN AKLINIZI BAŞINIZDAN ALMIŞKİ,DÜNYANIN EN GÜÇLÜ DEVLETLERİNDEN OLAN TÜRKİYE CUMHURİYETİ DEVLETİLE BİLE KARDEŞLİYİ DEVAM ETTİREMİYORSUNUZ.TÜRKİYEYİ KABETMEK CİNNET GETİRMEK VE FELAKETTİR. prof.dr.yahya taşdelen. ankara

  9. men Elsefa Huseyinzade Sumqayit seherinde yerlesen qazet kosklerinin yixisdirlib yerinde cayxana magaza tikilir.Misal ucun seherin merkezi Heyder Eliyev kucesi bu kucede 4 eded qazet kosku var idi indi ise dermenliq qazet kosku yoxdur qazet kosklerinin yerinde cayxanalar ve magazalar tikilir.Qebuluna gedende deyirler ki, qazet koskleri seherin gorkemini pozur . Bunlara sual veren lazimdir ki, seherin forkemini cayxanalar, dukanlar pozmadi qazet koskleri pozdu.
    Eldar Ezizov Sumqayitin icra hakimi is adamlarinin soymagla mesgul olur..Cox maraqlidir sumqayitda yerlesen butun banklara tapsirilib ki,butun is adamalrina gurovlu yuksek faizli kredit verilsin ve verilirde. Zerbe altinda yaziq qara millet qalir her seyin qiymeti qalxir tekce emek haqqinda basqa…… Yaziq kasib ne etsin……
    Bir defe gelib bu yazdiglarim haqqinda maraqlanardiniz xahis edirem.

  10. Inanin semimi deyirem. Agilli ve vicdanli ishleseniz siz azerbaycanda 1nomreli sayt olacaqsiniz. Maraqli ve ozune mexsus uslubunuz chox xoshuma gelir. Esas maliyeleshdirilmedi. Meselen youtube portalinda “менетизация“ olunmush video charxlar yerleshdirin. Bu oz hesabina ve hech bir qurumdan asili olmayan minden chox maliyeleshme yollarindan biridir. Inshallah yukselenden sonra reklamda size komek edecem. Ne olur olsun insanlara komek edin. Chunki “insan“ azalmaq uzredi memleketimizde :-)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button