«Yeni Müsavat»ın Müdafiə Nazirliyi ilə məhkəməsi başlayır

Prosses noyabrın 2-ə təyin edilib

Dünən Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasına əsasən ilkin hazırlıq iclası keçirilib.
“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin verdiyi məlumata görə, hazırlıq iclasında iddiaçı tərəfin vəkili kimi özü və cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi iştirak ediblər. İlk olaraq, tərəflərin şəxsiyyəti müəyyənləşdirilib, cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsini təqdim edib. Daha sonra hakim F.Hüseynov prosesin 2 noyabr saat 15:00-a təyin edildiyini elan edib.
Xatırladaq ki, iddiaya səbəb sentyabr ayının əvvəlində Müdafiə Nazirliyinin Türkiyə səfirliyi və “Anadolu” agentliyinin adından “Yeni Müsavat” qəzetində yazıldığı iddia edilən “Hərbi məktəbdə türk müdavimlər incidilir” başlıqlı bir yazı ilə bağlı bəyanat yaymasıdır. Qəzet belə başlıq altında heç bir yazının yazılmadığını, eləcə də apardığı araşdırmalar zamanı Türkiyə səfirliyi və “Anadolu” agentliyinin belə bir bəyanat vermədiyini aydınlaşdırdığını bildirir. “Yeni Müsavat” qəzeti Müdafiə Nazirliyinin saxtakarlıq etmək və təhqirlərə yol verdiyini iddia edərək, 50.000 min manatlıq iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button