Ə.Zeynallı: “Mənə qarşı irəli sürülən saxta 311-ci maddə “G.Əhmədova faktı” ilə tamamilə darmadağın olur”

16.10.2012

Əvəz Zeynallı: “ Bir daha təkrar edirəm ki, mən tənqidi yazılarıma görə, yüksək çinli məmurların sifarişilə həbs olunmuşam. Bu sifarişin başında da Ramiz Mehdiyev – Əli Həsənov qruplaşması dayanır… Ona görə üzərimə qoyulan 311-ci maddə əsassız və dəlil-sübutsuz şər və böhtan xarakteri daşıdığı üçün ləğv olunmalıdır.”

Oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində  hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi keçirildi. Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən prosesdə şahid qismində ifadə verməli olan Toğrul Əhmədov, Tənzilə Rüstəmxanlı və Vüqar Məmmədovun məhkəməyə gəlmədikləri aydınlaşdı. Hakim R.Allahverdiyeva rəsmi olaraq əldə etdikləri məlumata görə V.Məmmədov bu ilin fevral ayından ölkəni tərk edib. Toğrul Əhmədov haqqında isə heç bir məlumat yoxdur. Ə.Zeynallı Gülər Əhmədovanın öz oğlanlarını ölkədən çıxardığı haqda məlumatların mətbuatda yer aldığını xatırlatdı. T.Rüstəmxanlıya gəlincə isə, onun istintaqa verdiyi ifadənin heç bir qanuni əsası olmadığını söylədi və məhkəmə qarşısında vəsaətlə çıxış etdi: “Haqqımda başlanılan və aylardır davam edən saxta və qondarma cinayət işində gözlənilməz hadisələrlə üzləşməli olduruq. Üzümə durğuzulan 11 nəfər üzədurandan təxminən 1 həftəyə tapan, dindirən, onlardan zorla ifadə alan “istintaq”dan fərqli olaraq məhkəmə bu “şahid”ləri artıq 6 aydır ki, prosesə gətirə bilmir. Gələn saxta və yalançı şahidlərin isə hamısı ziddiyyətli ifadələr verir və məhkəmə istintaqı zamanı onların öyrədildiyi və yalan ifadələr verməyə məcbur edildikləri sübut olunur. Son şahid Əlirza Allahverdiyevin ifadəsində isə məlum oldu ki, istintaqın ən azı 2 fərqli versiyada saxta “şahid ifadələri” mövcud olub. Şahidləri məhkəməyə gətirmək mümkün deyil. Onlıarın haqqında “məcburi gətirilmə qərarının” çıxarılmasına baxmayaraq, yenə də prosesə gəlməkdən imtina edənlər var. Hətta bəzi şahidlər məndə olan məlumatlara görə ümumiyyətlə Azərbaycanda deyillər. Bu necə ola bilər?

CPM-nin 95.4.7-ci maddəsinə görə şahid məhkəmənin icazəsi olmadan vıə ya cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa əraziyə getməməlidir. Əks halda CPM-nin 95.5 maddəsinə görə, şahid Azərbaycan Respublikasının qanunvericiliyilə nəzərdə tutlmuş məsuliyyətə səbəb olur. Sual yaranır – Bu şahidlər məhkəmənin icazəsi olmadan ölkədən necə çıxa biliblər? Məhkəmə nə üçün bu şahidlərə nəzarət edə bilməyib? Digər bir məsələ isə şahidlərin bəzilərinin məhkəmə zalını tərk etməsi və bir daha qayıtmamasıdır. Bəzi şahid-üzəduranlar, demək olar ki, məhkəmə prosesinin keçirildiyi zaldan qaçıblar və hakim R.Allahverdiyeva belə onları yenidən zala qaytara bilməyib. Təbii ki, üzədurmaq asan deyil və hələ iş ölkədə tanınan və ictimai yə təsir etmə gücündə olan bir müstəqil gündəlik qəzetin baş redaktorundan gedirsə, o tamam üzəduranların zaldan qaçmalarını bəlkə də normal qarşılamaq olar. Ancaq məhkəmə prosesi başa çatdırılırmalıdır axı.

CPM-nin 95.4.8.-ci maddəsinə görə şahid məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını və məhkəmənin binasını tər etməməlidir. Biz artıq müşahidə etmişik ki, 2 iyul 2012-i ildə sabiq deputat Gülər Əhmədova, 2 oktyabr 2012-ci ildə Milli Dövlətçilik Partiyasının sədri Sabir Tanrıverdiyev sentyabrın 9-da isə S.Tanrıverdiyevin xalası oğlu Aydın Heydrov məhkəmə zalından icazəsiz qaçıblar və onların qarşısını heç nəzarətçilər də ala bilməyiblər. Halbuki həmin nəzarətçilər 2 iyul 2012-ci ildə sabiq deputat Gülər Əhmədovanın adamlarına qoşulub mənim yaxın qohumlarımı döyməyə də hazır idilər. İndi nə etməli? Gülər Əhmədova məlum hadisələrdən sonra məhkəməyə gəlmir. Onun yalançı şahidləri də gəlməkdən imtina ediblər. V.Məmmədov adlı yalançı şahid ölkədə yoxdur. S.Tanrıverdiyev və A.Heydərov isə ölkədən qaçıblar. Belə çıxır ki, mənim işim qalır G.Əhmədovanın özünün istintaq işinin gedişinə. Onun “işi”ni süətləndirəndəmənim məhkəmələrim gündəlik olur. R.Mehdiyev Güləri vəziyyətdən çıxaranda yenə məhkəmələri həftədə 1-2 dəfəyə keçirirsiz. Belə çıxır ki, həqiqətən R.Mehdiyev mənim taleyimlə oynayır və o da maraqlıdır ki, R.Mehdiyev ölkədə yoxdur. İndi nə olacaq? İndi mən və məhkəmə heyəti nə etməliyik? Göstərilənləri nəzərə alara xahiş edirəm ki, məcburi gətirilmə qərarına baxmayaraq məhkəməyə gətirilə bilməyən şahidlər “şahidlər siyahısından” çıxarılsın və haqlarında cinayət təqibi başlanılsın və ittiham akındn çıxarılsınlar. S.Tanrıverdiyev və A.Heydərov məhkəmə zalına gətirilsinlər. Əks təqdirdə şahidlər siyahısından çıxarılsınlar. Sabiq deputat Gülər Əhmədova və onun yalançı şahidləri məhkəmə prosesinə gətirilsinlər, əks təqdirdə şahidlər siyahısından çıxarılsınlar.

Saxta və qurama cinayət işində kütləvi qanun pozuntuları baş verir. Bu qanunsuzluqların qarşısını alacaq hakimlər bir çox hallarda qanunsuzluqlara göz yumurlar. Bunlardan biri məhkəmənin 11 oktyabr 2011-ci ildə keçirilən iclasınd baş verənlərdir. Belə ki, saxta şahid Ə.Allahverdiyevin dindirilməsi zamanı məlum oldu ki, KQMİ-nin müstəntiqi, ədliyyə polkovniki Qabil Qasımovun mənim vəkillərimə “fləşkartda” verdiyi “cinayət işi”nin bəzi ifadələri saxtadır. Bunu prokuror Ramian Hadıyev və hakimlər heyəti də müşahidə etdilər və etirazlarını bildirdilər. Aydın oldu ki, müstəntiqdə şahid ifadələrinin heç olmasa 2 versiyası olub və o bunu arışdıraraq vəkillərimə   “fləşkartda” başqa bir variantı təqdim edib. Bu bir daha göstərir ki, mənə qurulan cinayət işi nə qədər siyasi motivli və saxtadır. Müstəntiq hər ehtimala qarşı bir neçə variant “şahid ifadə”si hazırlayıbmış. Bununla həm də ortaya çıxır ki, hakimlər heyəti nədən mənə şahid ifadələrini verməkdən imtina edirmişlər. Belə çıxır ki, müstəntiqin saxtalışdırmalarına hakimlər də müsbət münasibətdə olublar. Bu isə açıq qanun pozuntusudur və qarşısı dərhal alınmalıdır. Xahiş edirəm ki, müstəntiqin “fləşkartda” verdiyi saxta şahid ifadələrilə tutuşdurmaq üçün bütün şahid ifadələrinin bir surəti mənə verilsin. Şahid Ə.Allahverdiyevin ifadəsi də cinayət işindən çıxarılsın. Müstəntiq Q.Qasımov bu və digər qanun pozuntularına izahat vermək üçün məhkəməyə şahid qismində dəvət olunsun. Müstəntiq Q.Qasımov haqqında xüsusi qərar çıxarılın. Digər ifadələrdə bu cür halların baş verib-vermədiyi yoxlanılsın”  Daha sonra Ə.Zeynallı Gülər Əhmədovanın hədə-qorxu və şantaj yolu ilə rüşvətxorluq faktının əmiyyətə açıqlanması və nəticədə onun özü haqda cinayət işinin qaldırılmasına münasibət bildirdi: “Mənə qarşı irəli sürülən saxta 311-ci maddə bu faktla tamamilə darmadağın olunur. ” Hamı məni bu ölkədə yaxşı tanıyır. Əvəz Zeynallı = tənqid. Mənim tənqidi yazılarım olub, amma heç bir zaman heç bir kəsi nə təhqir etmişəm, nə də hədə qorxu və şantaj yolu ilə ondan rüşvət tələb etməmişəm. İndi açıqlanır ki, mənim həbsimdən 6 il əvvəl bütün bu cinayətləri Gülər Əhmədovanın öz həyata keçirib. Bir daha təkrar edirəm ki, mən tənqidi yazılarıma görə, yüksək çinli məmurların sifarişilə həbs olunmuşam. Bu sifarişin başında da Ramiz Mehdiyev – Əli Həsənov qruplaşması dayanır… Ona görə üzərimə qoyulan 311-ci maddə əsassız və dəlil-sübutsuz şər və böhtan xarakteri daşıdığı üçün ləğv olunmalıdır.”

Hakimlər qısa müşavirədən sonra baş redaktorun vəsatətlərinin heç birini təmin etməyiblər.

Növbəti məhkəmə prosesi oktyabrın 18-də saat 10:00-da davam etdiriləcək.

 Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

 QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button