Əhliman Əmiraslanov görüşlər keçirir

ehlimanSeçicilər Əhliman Əmiraslanovu dəstəkləyir

“Daim sizinləyik”, “Sizi dəstəkləyirik!”, “Həmişə yanımızda olan deputatımıza yenə səs verəcəyik”. Bu bəyanatlar 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd olan akademik Əhliman Əmiraslanovun seçiciləri ilə görüşündə səslənib.

xural.com-a daxil olan məlumatda bildirilir ki, Əhliman Əmiraslanovun seçicilərlə keçirilən silsilə görüşlərindən növbəti görüş rayonun Varxan kəndində baş tutmuşdur. Bu görüşdə Varxan kəndi ilə yanaşı ətraf Qaralar, Qaracalar, Seyidlər, Potubəyli, Əlisoltanlı və Gomuşçu kəndlərinin  sakinləri də  iştirak ediblər. Görüş zamanı Əhliman Əmiraslanov  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və xarici siyasətində qazanılan uğurlardan bəhs edib. O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan söz açaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib.

    Ə.Əmiraslanov qeyd edib ki, “ötən 5 il ərzində Nərimankənd, Məzrəli, Mustafabəyli, Qıraqlı, Əlisoltanlı, Qaracalar, Varxan kənd tam orta məktəblərində, Bəylər, Potubəyli, Dəlilər, Kamallı, Hacıqasımlı ümumi orta məktəblərində hər il cari təmir işləri görülmüşdür.  Rayonun Əlisoltanlı kəndində 5 km, Seyidlər kəndində 5 km, Qaracalar kəndində 4 km,Gomuşçu kəndində 4 km, Varxan kəndində 6 km, Yeni Novruzlu kəndində 5,5 km, Bəylik kəndində 5 km, Mustafabəyli kəndində 3,5 km, Qıraqlı kəndində 10,5 km olmaqla cəmi 48,5 km uzunluğunda kənddaxili yollara çınqıl döşənmişdir.  Bu müddət ərzində millət vəkilinin ünvanına Saatlı rayonundan – 291  yazılı müraciət daxil olmuş,  bunlardan  195-i sosial, 17-i iqtisadi, 79-u digər  problemlərlə bağlı olmuşdur.  Yazılı müraciətlərdən   173-ü müsbət həll olunmuşdur.  O cümlədən,   ötən 5 il ərzində deputat Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlıya  16 dəfə müxtəlif ixtisaslı həkim briqadaları ezam edilmişdir. Bu aksiyalar zamanı rayon və ətraf kənd sakinləri  müxtəlif ixtisaslı həkimlər tərəfindən  tibbi müayinələrdən keçirilmiş,  tövsiyyələr və ixtisaslaşmış tibbi yardım  almışlar.  Aparılmış müayinələrin nəticəsi olaraq   39  nəfər seçici  Bakıya göndərilərək müxtəlif (göz, onkoloji, ginekoloji, lor, neyrocərrahiyyə və.s.) cərrahi əməliyyatlar olunub”.

 Sonra seçicilər çıxış edərək məmnuniyyətlə qeyd ediblər ki, bu illər ərzində Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub. Mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, insanları narahat edən məsələlərin həllində onlara yaxından kömək göstərib.  Görüşə toplaşanlar vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan seçicilərin cərrahi əməliyyatını təşkil edib,  aztəminatlı ailələrə köməyini əsrigəməyib.

Görüşdə seçicilərin  mövqeyi eyni olub – onlar birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində də öz deputatları Əhliman Əmiraslanova səs verəcəklərini deyərək ona uğurlar arzulayıblar.

xural.com

atu 33 ATU M atu133 atu333 atuER

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button