Əhliman Əmiraslanovun seçicilərlə görüşləri başa çatdı

eeArtıq deputatlığa namizədlərin seçki marafonu yekunlaşmaq üzrədir. xural.com-a ATU-nun mətbuat xidmətindən daxil olan məlumata görə, bu ərəfədə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əhliman Əmiraslanov hər üç rayonda seçiciləri ilə bir daha görüşüb. Görüşlərdə YAP rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədrləri də iştirak ediblər.

Çıxışlarda bölgələrdə aparılan quruculuq işlərindən söz açılıb. Son illərdə Sabirabad, Saatlı və Kürdəmir rayonlarında da xeyli mühüm tədbirlərin həyata keçirildiyi bildirilib.

Deputatlığa namizəd Əhliman Əmiraslanov seçicilərə görüşə qatıldıqları üçün təşəkkürünü bildirərək vurğuladı ki, “ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın daxili siyasətində sosial məsələlərə daim böyük qayğı ilə yanaşıb. Cənab Prezidentin imzaladığı müxtəlif Fərman və sərəncamlarda xalqın rifah halının yaxşılaşdırılmasının, aztəminatlı insanların sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinin dövlətin əsas vəzifələrindən biri olduğu qeyd edilib. İndiyədək ölkəmizdə bu sahədə xeyli əməli işlər görülüb. Bu sahədə uğur qazanılmasında, şübhəsiz ki, Milli Məclisin də böyük xidmətləri var. Əhalinin sosial müdafiəsi, səhiyyə, idman, gənclər siyasəti ilə bağlı qanunvericiliyin hazırlanmasında və daha da təkmilləşdirilməsində mən də bir deputat kimi fəal iştirak etmişəm. Məhz səhiyyə ilə əlaqədar 30-dək, sosial müdafiə ilə bağlı təxminən 25 qanun hazırlanıb və yaxud qanunlara dəyişikliklər edilib. Eyni zamanda, müəyyən sosial problemllərlə bağlı Milli Məclisə pənah gətirən soydaşlarımız, ilk növbədə bizim Sosial siyasət komitəsinə üz tuturlar. Bundan başqa, komitəyə çoxlu sayda şikayətlər daxil olur. Bu müraciətlər bütövlükdə insanların Milli Məclisə olan inamlarını təsdiqləyir ki, bu da bizim məsuliyyətimizi daha da artırır. Xalq bizə güvənirsə, müəyyən məsələlərin həllində bizdən kömək gözləyirsə, biz də qanunlar çərçivəsində insanların problemlərinin həllinə yardımçı olmağa çalışmalıyıq”.
Əhliman Əmiraslanov Milli Məclisdə fəaliyyəti zamanı daim təmsil olunduğu rayonların problemlərini diqqət mərkəzində saxladığını bildirib:

“Mənə edilən bütün müraciətlərə həssaslıqla yanaşmışam. Seçiciləri narahat edən, onların üzləşdiyi bir sıra problemlərlə bağlı dövlət orqanlarına çoxlu sayda müraciətlər etmişəm, onların bir çoxunu həll edə bilmişik”.

Akademik Əhliman Əmiraslanov daha sonra bildirdi ki, bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq, daima onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə səmərəli çalışmağı vəd edirəm. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək yeni hədəflərə doğru addımlamalıyıq.

Sonra Ə.Əmiraslanov seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.

Toplantıya qatılan seçicilər Ə.Əmiraslanova böyük inam və etimadlarının olduğunu söyləyiblər. Çıxış edən sakinlər Əhliman Əmiraslanovun daim onların yanında olduğunu xüsusi qeyd ediblər. Onlar parlament seçkilərində yekdilliklə Əhliman Əmiraslanova səs verəcəklərini bildiriblər.

Daha sonra Əhliman Əmiraslanov YAP-ın Sabirabad rayon təşkilatının Seçki Qərargahının Zirvə Toplantısı – mitinqində iştirak edərək seçiciləri 1 Noyabr seçkilərində iştiraka səsləyib. 20 minədək seçicinin qatıldığı bu Zirvə görüşündə YAP Sabirabad rayon təşkilatının sədri, İdarə Heyətinin üzvləri, rayon dövlət orqanlarının nümayəndələri, yerli sakinlər qatılıblar. Bununla da YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşlərinə və seçki təbliğatına yekun vurulub.

xural.com

e eee eeee eeeee ee

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button