Əkiz güləşçilər bir otaqda yaşaya bilmirlər

Viktor NemešSerbiyalı Meyt və Viktor Nemes qardaşları Bakıda müxtəlif yarışlarda iştirak edəcəklər

Meyt və Viktor Nemes əkiz qardaşları biri-birinə mane olmamaq üçün ayrı otaqlarda qalmalıdırlar.

Lakin Yunan-Roma güləşçiləri hesab edirlər ki, rəqib olmaları onların uğur qazanmasına yardımçı olacaq.

xural.com “Bakı Avropa Oyunları 2015” Təşkilat Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Viktor Nemes Bakı 2015-də 75 kq çəki dərəcəsinə malik idmançılar arasında Yunan-Roma güləşi üzrə yarışacaq:

“Zənnimcə, bu yaxşı haldır, çünki birlikdə məşq edə bilməklə yanaşı, qardaşım Meyt mənə kömək edə bilər. Lakin biz indi eyni otaqda yaşaya bilmərik, çünki hər gün vuruşuruq” – deyə Viktor Nemes bildirir

Şimali Serbiyanın Senta kəndindən olan 21 yaşlı bu əkizlər eyni çəki dərəcəsi üzrə yarışırlar. Lakin onlar Bakıda müxtəlif idman tədbirlərində iştirak edirlər.

Əkizlər belə düşünürlər ki, əgər onların yanında daim mübarizə aparacaqları bir kimsə olarsa, bu, güləş karyerasını inkişaf etdirməyə yardımçı olar.

Viktor Nemes bildirib ki, onlar məşq düşərgəsində olanda 10 gündən sonra dalaşmağa başlayırlar.

Onun əkizi Meyt Nemes etiraf edir ki, indiyədək qardaşı ilə çox vuruşub:

Bizim aramızda kimin daha yaxşı mövqe tutması uğrunda çoxlu yarışlar olub.-Meyt Nemes

Meyn Nemes 75 kq çəki dərəcəsinə malik idmançılar arasında keçiriləcək yarışda iştirak edəcək.

Serbiya komandası Bakıda güləş üzrə ən azı 3 medal qazanmaq niyyətindədir. Komandanın ən güclü üzvü, iki dəfə Avropa Çempionatının bürünc medal mükafatçısı olan Aleksandr Maksimoviç deyib ki, qrupdan gələn dəstək onlara kömək edəcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button