Əkrəm Əylislinin maddəsi ağırlaşdırıldı

ekrem-11

Əkrəm Əylisliyə qarşı qaldırılmış cinayət işi başqa maddəyə tövsif edilib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, dünən Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub:

“Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, başqa cəza növü yoxdur”.  

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsində yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

Vəkil onu da qeyd edib ki, CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib.

Qeyd edək ki, Ə.Əylisli oğlu İlyas Naibovla birgə Bakı Hava Limanlnda saxlanılıb. Onlar bir neçə saat saxlanılandan sonra sərbəst buraxılıblar. Rəsmi ittihama görə, Ə.Əylisli Heydər Əliyev adına hava limanında buraxılış məntəqəsindən keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə münaqişə yaratmaqda və onlara xəsarət yetirməkdə təqsirləndirilir.

Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button