Əli Əkbərin “Mühacir” romanı əslində kimindir?

Gununsesi.info-ya yazıçı Əli Əkbərlə bağlı hər kəsin təəccübünə səbəb olacaq bir məlumat daxil olub. Saytın elektron ünvanına göndərilən bir xəbərdə yazıçının müəllifi olduğu “Mühacir” romanının gerçək müəllifinin əslində başqa şəxs olduğu iddia edilir. Belə ki, bu romanı hazırda Fransada təhsil alan gənc yazıçı Nicat Kazımovun qələmə aldığı bildirilir.

Azərbaycan oxucusunun kifayyət qədər bələd olmadığı Nicat Kazımovun istedadlı yazıçı olduğu da deyilir. Onun bir çox əsərləri fransız dilində nəşr edilib.

Xəbəri aydınlaşdırmaq üçün Əli Əkbərlə əlaqə yaratmaq cəhdlərimiz isə uğursuz oldu. Buna baxmayaraq, onun cavab haqqını tanıdığımızı bildiririk.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button