Əli Həsənov nəvəsinin öldürdüklərinə başsağlığı da vermədi

“Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qudurğanlığı iki Azərbaycan vətəndaşının ölümünə və iki Türkiyə vətəndaşının ağır yaralanmasına səbəb olub. Gec də olsa, Əli Həsənov cənabları nəvəsinin türkiyəli qurbanlarının xərcini öz üzərinə götürüb, onları müalicə olunmaq üçün təyyarə ilə Türkiyəyə yola salıb. Hadisə nəticəsində vəfat etmiş iki nəfər azərbaycanlının ehtiyac içində olan ailələrilə Əli Həsənov nəinki maraqlanıb, heç zəng vurub başsağlığı da verməyib. Bunu, mərhumların ailə üzvləri deyib. Bax budur Azərbaycan hakimiyyətinin başında əyləşib bu xalqın pulu hesabına milyarder olanların Azərbaycan xalqına gerçək münasibəti. Amma özünə hörmət qoymayana kim hörmət qoyar ki?!”

Gültəkin Hacibəyli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button