Əli İnsanov 11 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü

Keçmiş səhiyyə naziri Əli İnsanov 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Sabiq nazir Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından ora iyulun 8-də aparılıb.
Bu haqda “Azadliq.info”ya Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Müdafiəçi iyulun 10-da cəzaçəkmə müəssisəsində sabiq nazirlə görüşüb.
Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. Həmin vaxt o, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuşdu. Sonradan vəzifədən sui-istifadə, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edildi. 2016-cı ilin avqustunda cəzanın bitməsinə 58 gün qalmış ona qarşı yenidən cinayət işi başlanıb. Psixotrop tərkibli dərmanlar saxlama, müəssisədə axtarış aparan ədliyyə mayoru Anar Məmmədova xəsarət yetirmə kimi ittihamlarla aprelin 26-da Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Əli İnsanov haqqındakı cinayət işinin də, ittihamların da saxta olduğunu bildirir. Keçmiş nazir bəyan edib ki, onu həbsdən buraxmamaq üçün şəxsən dövlət başçısı İlham Əliyevin sifarişi ilə belə bir qondarma cinayət işi düzüb-qoşublar.

Əlaqəli məqalələr

1 şərh

  1. Əli İnsanovun halına acıyanlara ithaf…

    Maraqlı haldır: bir çox demokratlar sinəsini keçmiş qaniçən Əli İnsanova görə sinəsini cırır, lakin bir köpək oğlu durub bu millətin son 50 ildə bir nömrəli yazıçısı olan Əkrəm Əylislini yada salmır…

    Çox maraqlı və əslində çox mənalı bir haldır…

    Bu hal bu millətin mənəviyyatının göstəricisidir və ümumiyyətlə bu millətdə mənəviyyatın sıfrs yaxın olmasının göstəricisidir…

    Mənə danışırdılar ki, vaxtilə millətin dahi oğlu Mirzə Cəlilə Naxçıvanda heykəl qoyanda naxçıvanlılar hər dəfə gecə yarı gedib həmin heykəli nəcislə batırımış ki, “Bu yazıçı bizi biabır edib, burada bunun heykəli durmamalıdır! Bu bizə düşməndir!”

    Lakin sonra həmin naxçıvanlılar Heydər Əliyevin qorunmasında canlarından da keçməyə hazır idilər və bunu daim nümayiş etdirirdilər…

    Eynilə də indi:

    Əyə, bu millətin sifətini dünyada ağardan, millətinin ən böyük mədəniyyətə və mənəviyyata malik olduğunu öz əsərlərində və xüsusən də “Daş yuxuları” romanında təsbit edən millətin bir nömrəli yazıçısını bu naxçıvanlılar və onlarla yanaşı hələ ki yerlibazlıq xislətindən azad olunmayan ermənistanlılar başda olmaqla demək olar bütün AZərbaycan milləti az qalır dar ağacından assınlar, lakin həqiqətən indiki rejimin ilk gündən sütunu olan, sistemli korrupsiyanın banilərindən biri olan, səhiyyə naziri olaraq millətinin böyük bir hissəsini vaxtından tez o dünyaya köçürdən millətin ən ləyaqətsiz bir oğlu üçün bu insanlar yaş töküb ağlayırlar…

    Əyə, bu millətdə ağıl var?! Əyə bu millətdə mənəviyyat var?!…

    Oqtay Ataxan

    13.07.2017.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button