Əli Kərimli prokurorluqda dindirildi

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Partiya sədri bu barədə özünün “feysbuk” səhifəsində məlumat verib. Ə.Kərimli təxminən 4 saat idarədə olub, şahid qismində dindirilib.
Qeyd edək ki, Ə.Kərimli Azərbaycandan mühacirət etmək üçün bəzi şəxslərə AXCP adından partiya bileti satıldığı iddiaları ilə bağlı ifadə verib. Bu iş üzrə AXCP sədrinin müavini Gözəl Bayramlı da dünən ifadə verib.
Ə.Kərimli jurnalistlərə bildirib ki, AXCP adından kimlərəsə saxta sənədlərin verildiyi əslində partiyanın funksionerləri tərəfindən ifşa edilib və sosial şəbəkələrdə ictimailəşdirilib. AXCP bu məsələdə əslində zərərçəkəndir və prokurorluğun istəyi olsa, saxtakarlıq edənləri partiya rəhbərliyini dindirmədən də tapa bilər.
Özünün prokurorluğa ölkədəki iri korrupsiya faktlrı ilə bağlı dəfələrlə müraciət etdiyini yada salan Ə.Kərimli bildirib ki, onun bu müraciətlərini araşdırmayıb, əvəzində onu və partiya funksionerlərini dindirməyə çağırmaq, hakimiyyət mediasının bundan qara piar üçün istifadə etməsi AXCP-yə təzyiqdən başqa bir şey deyil.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button