”Əməliyyat olunmasa, yaşama ehtimalı azdır” -VİDEO

 meydan

Qızı xəstə ananın yeganə ümidi xeyirxah insanlardır

Zinyət Sadıqova 1992-ci ildən Qazax rayonunda yaşayır. Müharibə illərində Gürcüstandan Azərbaycana köməyə gələn ailə elə müharibədən sonra da Qazaxdan ayrılmayıb. 1998-ci ildən həyat yoldaşı onları atıb getdikdən sonra Zinyət xanım qızı Mehribanı tək böyütmək məcburiyyətində qalıb.

Sonradan Mehribanın başında şiş əmələ gəlib. İndi onun əməliyyata ehtiyacı var. Zinyət  Sadıqova deyir ki, dəfələrlə prezidentə, onun xanımına, Səhiyyə Nazirliyinə məktublar yazsa da, heç biri kömək etməyib.

“Mən anayam, istəmirəm balamı itirim. Sizə yalvarıram, mənim balama kömək edin. Həkimlər əməliyyat olunmayacağı təqdirdə qızının yaşama ehtimalının çox az olduğun bildirib” – deyən ananın indi yeganə ümidi xeyirxah insanlardır .

Səhiyyə Nazirliyindən Meydan TV-nin məsələ ilə bağlı sualını cavablandırmayıb.

Qızına dəstək olanların tapılacağını düşünən ana onun adına bankda hesab da açdırıb. Yardım etmək istəyənlər onun hesabına pul köçürə bilər.
Hesab nömrəsi: AZ10ACAB00210100000000367227

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button