Ən çox içki içən peşə sahibləri hansılardır?

içkiABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi spirtli içki və narkotik vasitələrdən istifadə etmə miqdarının insanların çalışdığı peşələrə görə dəyişdiyini müəyyən edib. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, ən çox içkiyə meyl ağır fiziki iş tələb edən sahələrdə – mədən işçilərində və inşaatçılarda müşahidə olunur.

Sosioloqların 2008-2012-ci illərdə apardığı tədqiqatlar zamanı əsas meyar olaraq müxtəlif peşə sahiblərinin ayın 5 və daha artıq günündə birdəfəyə 5 və daha artıq spirtli içki porsiyasını qəbul etməsi əsas götürülmüşdü. Bu zaman 1 spitlri içki porsiyası pivə, çaxır qədəhində,  yaxud bərk içki badələrində olan 14 qram təmiz spirt hesab olunub.

Bu hesabla amerikalı sosioloqlar mədən işçilərinin 17,5 faizinin spirtli içki aludəçisi olduğunu müəyyən edib. 16,5 faiziə gələn inşaatçılar içki meyli olan ikinci peşə sahibləri olub.

Növbəti yerdə isə mehmanxana və restoran biznesi ilə məşğul olanlar yer alıb. Qeyd olunmalıdır ki, bu sferada çalışanlar narkotik vasitələrin istifadəsinə görə birincidirlər. Onların 10 faizi narkotik aludəçisidir.

Menecerlərin isə içkidən çox narkotikə meyl etdiyi ortaya çıxıb. Onların 12 faizdən çoxu psixotrop preparatlar qəbul etdiyi halda, içki içənlərin sayı 10 faizi keçmir.

İçkiyə meyl edən digər peşə sahibləri arasında təhsil və səhiyyə işçiləri də var. Onların 5 faizə qədəri spirtli içki həvəskarıdır. Narkotikaya meyl edənlər arsında ən az faiz göstəricisi isə dövlət işçilərinə məxsusdur. Dövlət işçilərinin 4,3 faizi narkotikə maraq göstərir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button