Ən çox şikayət olunan sığorta şirkəti məlum oldu

Atəşgah Sığorta

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə sığorta şirkətləri ilə bağlı analiz işini yekunlaşdırıb.

2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 4399 xəbər yerləşdirilib – 1022 xəbərdə konkret sığorta şirkətinin adı çəkilib. Bunlardan 991-i neytral, 31-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Atəşgah Sığorta (23 xəbər – müştəriləri aldatması iddiası və şikayətlər), Standard İnsurance (5 xəbər – sığorta ödənişini alarkən yaranan süni əngəllər iddiası) və Dövlət Sığorta Kommersiya Şirkətinə (3 xəbər – məcburi köçkünü aldatması) məxsusdur. Mart ayında elektron mətbuatda sığorta şirkətləri haqqında müsbət xəbər olmayıb.

Xəbər sayına görə sıralama:

  1. Paşa Sığorta                                        129 xəbər
  2. Beynəlxalq Sığorta Şirkəti                    126 xəbər
  3. Atəşgah Sığorta                                   81 xəbər
  4. Alfa İnsurance                          79 xəbər
  5. Paşa Həyat Sığorta                              55 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 501 xəbər dərc edilib – konkret şirkət adları 21 xəbərdə əks olunub. Bu xəbərlərdən 1-i mənfi, 20-si isə neytral xəbərlərdir. Mənfi xəbər “Azərsığorta” şirkətinə (cəbhə bölgəsində həlak olan hərbçilərin ailələrinə sığorta pulunu ödəmir) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Beynəlxalq Sığorta Şirkəti                    5 xəbər
  2. Paşa Həyat Sığorta                              5 xəbər
  3. Dövlət Sığorta Kommersiya Şirkəti      3 xəbər
  4. AzSığorta                    `                       3 xəbər

Mart ayında televiziya kanallarında Alfa İnsurance (Sığorta) şirkətinə məxsus 1 neytral xəbər göstərilib.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button