Ərəb Liqası Suriyaya BMT sülhyaratma missiyasının göndərilməsini istəyir

12.02.2012

Ərəb Dövlətləri Liqası (ƏDL) BMT-yə müraciət edərək Suriya üçün BMT-nin sülhyaratama missiyasının formalaşdırılmasını xahiş etmək niyyətindədir.

Bu qərar ƏDL ölkələri xarici işlər nazirlərinin Qahirədə keçirilən iclasında qəbul edilib. Həmin iclasda Suriyadakı böhranlı vəziyyət müzakirə edilib. ƏDL ölkələri Suriya rəsmi hökümətilə əlaqələri kəsərək Suriya müxalifətilə danışıqlara başlamaq qərarına gəliblər. ƏDL sədri Nabil Ərəbi atılan addımı Suriya xalqının əzabına son qoyulması məqsədilə edildiyini bildirib. Ötən ay ƏDL Suriyadan öz müşahidəçilərini gerini çağırmışdı. Fevralın 4-də Rusiya ilə Çin BMT-nin təhlükəsizlik şurasında Bəşər Əsədi istefa verməyə çağıran qətnamə layihəsinə veto tətbiq ediblər.Fars körfəzi dövlətləri hazırda zorakılıqlar davam Suriyadakı vəziyyətlə bağlı yeni təkliflər hazırlanması üzərində düşünürlər. Müzakirə olunan məsələlərdən biri, Suriya Milli Şurasının rəsmi səviyyədə tanınması məsələsidir. Suriya müxalifət nümayəndələri ötən gün ərzində Suriyada 35 nəfərin həlak olduğunu bildiriblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button