Ərdoğan: “Afrin şəhəri tam nəzarətə götürülüb”

“Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button