Əsgər əsgəri 17 güllə ilə öldürüb

Sənan Mehdizadə

Sənan Mehdizadə

Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissələrindən birində xidmət edən əsgər Sənan Mehdizadə vəfat edib.

22 yanvar 1995-ci il təvəllüdlü S.Mehdizadənin əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir. Bu barədə məlumatı əsgərin qardaşı Kənan Mehdizadə də öz facebook səhifəsində paylaşıb. Məlumata görə, S.Mehdizadə əsgər yoldaşı tərəfindən açılan 17 güllə ilə dünyasını dəyişib.

S.Mehdizadə 2015-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb.

Bu barədə DSX-nın növbətçi hissəsi ilə əlaqə saxladıq. Əsgərin ölümü ilə bağlı sualı eşitdikdə dəstəyi yerə qoydular.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button