Əvəz Zeynallı hələ 17 ay əvvəl dinlənilmişdi…

Əvəz Zeynallının bununla bağlı iddiasına hakim Faiq Qasımovun sədrliyilə noyabrın 10-da Apellyasiya Məhkəməsində baxıldı.

Xəbər verdiyimiz kimi, Əvəz Zeynallı həbs olunmazdan bir neçə ay əvvəldən telefonunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq dinlənilməsi, özünün, ailəsinin və qəzetin əməkdaşlarının güdülməsi, məhkəmə qərarı olmadan barəsində əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı Apellyasiya məhkəməsinə şikayət etmişdi. İddia ilə bağlı 10 noyabr 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda iddianın təmin olunmaması ilə bağlı qərar çıxarıldı. Halbuki, Əvəz Zeynallı mütəmadi olaraq mətbuatda telefonlarının uzun müddət əvvəldən dinlənildiyindən və güdüldüyündən xəbərdar olduğunu bildirib, lakin bu əməliyyatın hansı dövlət qurumu tərəfindən həyata keçirildiyini tam dəqiqliyilə bilmədiyini də diqqətə çatdırıb. Məsələn,  hələ 2010-cu ilin may ayında Əvəz Zeynallının iş otağında səsdinləmə qurğusu aşkarlanmış, Ə.Zeynallı qurğunu DİN-nə araşdırma üçün təqdim etmişdi. Lakin bu günə qədər bu hadisə ilə bağlı cəmiyyətə bir açıqlama verililməyib. Halbuki bu faktın özü də Əvəz Zeynallının səsinin hələ il yarım bundan əvvəl qanunsuz dinlənilməsini sübut edən ən önəmli faktdır. Həmin vaxt da Ə.Zeynallıya səsinin dinlənilməsini qanuniləşdirən hər hansı məhkəmə qərarı təqdim olunmamışdı. Obaxımdan da Bakı Apellyasiya Məhkəməsinin Əvəz Zeynallının müvafiq iddialarını təmin etməməsi, bir daha onun həbsinin siyasi sifariş olmasından xəbər verir.

http://www.youtube.com/watch?v=bAvGhlF5TBk

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, gizli audio və video yazılarından, kino və foto çəkilişlərindən istifadə etməyə yalnız aşağıdakı hallarda yol verilir. Şəxsin bu barədə yazılı razılığı varsa və bu hal məhkəmənin qərarı ilə nümayiş etdirilirsə. Hər iki halda qanunsuzluğa yol verilib. Birincisi, Əvəz Zeynallının telefonunun dinlənilməsi üçün onun heç bir razılığı olmayıb. İkincisi isə, Əvəz Zeynallının telefonu dinlənilərkən bu haqda məhkəmənin heç bir qərarı olmayıb.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button