Əvəz Zeynallı, qaynadılmışları qaynatma, qazanı götür get MM-ə

Elə bilməyin ki, mətbuatda təzəyəm. İlk jurnalist fəaliyyətimə 1998-ci idə “Etimad” qəzetində ‘’işsizlik sosial bəladır’’ başlıqlı məqalə ilə başladım. O vaxtlar mətbuatın ‘’bro-bro’’ vaxtları idi. Yazılanlara qiymət verilirdi. Məmurların gönü qalınlaşmamışdı.

Xeyli müddət idi ki, yazmırdım və bu sahədən uzaqlaşmışdım. Amma bunlara baxmayaraq, mətbuatın yekələrindən az-cox tanıdıqlarım və münasibətdə olduqlarım var. Boş vaxtlarımda onların həyat fəaliyyətini ”facebook”da izləyirəm. Bu dəfə Əvəz Zeynallının səhifəsindəki şəkillərinə, gördüyü işlərə baxarkən, “Qaynar Qazan” deyilən bir anlayışa rast gəldim. Çox maraqlı bir ideyadır.

Əvəz Zeynallı hər həftə bu qazanda birini qaynadır. Belə aydın oldu ki, əvvəl bunların arzu və istəklərini dinləyir, ölçülərini götürür, uyğun maye və enerji sərfiyyatı seçir və sonra qaynadır. Zeynallının maddi durumuna baxanda qazan bir dənə olmalı… Amma qaynatdıqları – əksəriyyəti qaynamış, buxara çevrilmiş və deyərdim ki, yox olmuşlardır. Bunların içində dost ölümü ilə məşhurlaşan, sözündən qaçan, saxta çin malını xatırladan və istifadə müddətini dəfələrə keçmiş insanlar var. Məmurlar bu ölkənin sərvətini böldüyü kimi, müxalifliyə iddia edənlər də ölkənin vətəndaşlarını fikirlərinə görə fərdlərə qədər böldülər və iyrənc məqsədləri üçün istifadə etdilər. İndi isə qaynamaq üçün yer axtarırlar. İstər qazan, istər təndir osun. Əsas məqsəd gündəmdə qalmaqdır. Onlar təmiz vicdanlı insanların etibarından istifadə edəndə bilmirdilər ki, bir gün etdikləri qabaqlarına çıxacaq?! Düzdür, tək-tük mütərəqqi fikirləri ilə cəmiyyətə lazım olanlar da var. Amma buna gorə qazan qaynatmağa ehtiyac yoxdu. İstifadə etdiyin qaza, işığa və zamana heyf.

Savadına , yazılarına , istedadına və davranışlarına xüsusi hörmət bəslədiyim Əvəz bəyin yanında xəcalətliyəm və onu görəndə utanıram. Həbsxanaya düşəndə yanına gedə bilmədim. Bu, ona hörmətsizlik etdiyim anlamına gəlməsin. Sadəcə, yekələrin davasında tapdaq altında qalmaq qorxusu mənim istəyimi boğdu. Düzdü ƏVƏZ bəy mübarizəsini əsl jurnalist kimi axıra qədər apardı, sınmadı və qələbə çaldı. Ona görə, ona tövsiyə etmək cəsarətində deyiləm.

Yalnız arzumu bildirirəm ki, qaynadanda erası bitmişləri deyil, məmurlardan başla ki, üzərlərində keçmişdən üst-üstə qat olmuş gönləri ərisin. Xalqımızın hər gün şükür edə-edə yaşadığı ağır günlərinin ardınca daha ağırının gəldiyi müddətdə tənqiddən nəticə çıxarıb talandan əl çəksinlər. Yazılan qanunardan yalnız haqq yığmaq üçün istifadə etməkdən, savadsız və bacarıqsız qohum-əqrəbalarına hamilik etməkdən imtina etsinlər, iş görənin işığını söndürməsinlər.

Arzu edirəm, Əvəz bəy qaynamağa ehtiyacı olanları qaynatsın.

Əvəz bəy, götür qazanı, get deputatxanaya, nazirxanaya, səhmdarxanya, bankirxanaya və s. Oralarda qaynadılmağa və yandırılmağa ehtiyacı olan, növbə gözləyən minlərlə vətəndaşımız var. İşə oralarda başla, gör necə ‘’aypi’’ yığacaqsan.

Talıb Əhədov
Millətinsəsi.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button