Əvəz Zeynallı: “Yanğında ölənlərə şəhid statusu verilsin!” – TƏKLİF

yanğın3Sabiq vicdan məhbusu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı dünən baş verən faciəli hadisə ilə bağlı xural.com-a münasibət bildirib: “Faciənin miqyası ölçüyəgəlməz dərəcədə böyükdür. Bu olay ölkənin son illərdə yaradılan bütün inkişaf nağıllarını puça çıxarmağa bəs etdi. Allah göstərməsin, bir diversiya qrupu ilə bu şəhəri və bu ölkəni bir neçə saatın içərisində qapqara etmək olar(mış). Düşmən yatmayıb və… baş verən bu hadisənin də düşmənlər tərəfindən olunmadığı hələ məlum deyil. Olanlar olub. Günahkarlar inanıram ki, cəzalandırılacaq. Prezidentin bununla bağlı fərmanı var. Hərçənd mən elə bu faciənin əsl səbəbkarlarından bəzilərinin o sərəncamla yaradılan Dövlət Komissiyasının tərkibində olduqlarına inanıram. Bunlar ayrı məsələlərdir. O məsələyə hələ ki, toxunmaq istəmirəm, bu haqda yazılır, məsələ də gündəmdədir. Faciə və ona olan reaksiya o dərəcədə böyükdür ki, prezident İlham Əliyev də ictimai rəyi nəzərə alaraq hadisə yerinə gəldi. Mən məsələnin başqa bucağına işıq salmaq istəyirəm. Güman edirəm ki, bu hadisədə dünyasını dəyişənlərə Şəhid statusu verilməlidir. İnsanlar heç bir səbəb olmadan, durduqları yerdə – sırf dövlətin vurdumduymazlığı nəticəsində dünyalarını dəyişiblər. Bəzi iş adamlarının və icra qurumlarının hədsiz acgözlükləri və para qazanmaq ehtirasları bu adamların dünyadan getmələrinə səbəb olmuşdur. Onlar yanğın Şəhididirlər və elə də qəbul olunmalıdırlar. Allah bütün Yanğın Şəhidlərimizə rəhmət eləsin! Millətimizin başı sağ olsun!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button