Əvəz Zeynallıdan ictimaiyyətə çağırış…

Əvəz Zeynallı heç kim haqqında heç bir ifadə verməyib və verməyəcək də…

Oktyabrın 28-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədri olduğu Korrupsiyaya qarşı Mübarizə İdarəsi «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallını elə həmin R.Mehdiyevin deputat komandasının üzvü olan Gülər Əhmədova tərəfindən şərləyərək həbs etdikdən sonra açılan CM-nin 311.3.3. və 311.3.4. maddələri öz təsdiqini tapmadı. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı istintaq «araşdırması» da «maraqlı faktlar» ortaya çıxarmağa başlayıb. Əldə etdiyimiz məlumatlara görə, əsasən iş adamları, hakimiyyətdən asılacağı olan adamlara Əvəz Zeynallının üzünə durmaq üçün sərt təzyiq göstərilir. Onlar vergilərin ödənib-ödənməməsi məsələsindən tutmuş obyektlərinin əllərindən alınmasına qədər qanunsuz əməllərlə hədələnirlər. Ötən vaxt ərzində Əvəz Zeynallının «üzünə duran» 3 nəfərdən biri noyabrın 4-də verdiyi ifadədən imtina edib, «Mən Əvəz bəyin üzünə dayana bilmərəm» deyə etiraz edib. İstintaq Təcridxanasından şahidlərin söylədiklərinə görə bağlı qapılar arxasından müstəntiqlə gənc iş adamının səsi bütün dəhlizi başına götürüb. Müstəntiq, «bu işi axıradək aparmağa borclusunuz…» deyə iş adamının üstünə bağırıb. İstintaq zamanı şahid qismində dəvət olunanlara, Əvəz Zeynallının son bir ayda telefonlarının dinlənildiyini söyləyərək, «artıq Əvəz Zeynallının özü sizin haqqınızda olan bütün məlumatları boynuna alıb, etiraf edib. Sizə isə bu «faktlar»ı təsdiqləmək qalır» dyeirlər. Bu cür təhdildlərdən əsəbləşən Əvəz Zeynallı heç bir zaman heç bir adam haqqında ifadə vermədiyini və verməyəcəyini bildirir. Uzun illər Əvəz Zeynallını yaxından tanıyanlar onun bu cür alçaldıcı və çirkin yollara əl atan adam olmadığını yaxşı bilirlər. O baxımdan da istintaq üçün çağırılan bütün iş adamlarına müstəntiq tərəfindən onlara məcbur edilən ifadələri vermək əvəzinə, yalnız həqiqəti söyləmək məsləhət görülür.

Digər tərəfdən, Əvəz Zeynallı uzun müddətdir ki, mətbuatdadır və onun kitabçasında kifayət qədər  ictimai-siyasi xadimin telefon nömrələri ola bilər. Hər bir halda, qəzetdə gedən materiallar müxtəlif məlumatlar əsasında hazırlanır ki, onun dəqiqləşdirilməsi funksiyası da birbaşa redaksiya heyətinin üzərinə düşür. İstənilən halda bir qəzetin baş redaktorunun telefonunu dinləməklə kiminlə münasibətdə olduğunu öyrənərək əldə etdikləri “sübutların” da heç bir hüquqi əsası yoxdur. Ə.Zeynallının üzünə duracaq saysız-hesabsız “üzəduran” tapmaq hakim dairələrin əlində su içmək kimi bir şeydir. Əsas odur ki, Ə.Zeynallının həqiqətən də kimdənsə rüşvət istəməsi faktı maddi dəlillərlə sübuta yetirilsin. Belə dəlillər isə yoxdur. O baxımdan təzyiq altında Ə.Zeynallının əleyhinə ifadə verənlər ilk növbətə bunu sübuta yetirməlidirlər.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button