Əvəz Zeynallının apellyasiya şikayətinə baxılacaq

Dekabrın 8-də saat 14.30-da Bakı Apellyasiya Məhkəməsində, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şıkayətinə baxılacaq.

 Xatırladaq ki, bu il dekabrın 1-də Nəsimi rayon Məhkəməsində Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı verdiyi ərizəyə baxılıb və təmin olunmayıb. İclasa hakim Etibar Hümbətov sədrlik edib. İclasda Əvəz Zeynallının vəkili Elçin Sadıqov vəsatət verib ki, Əvəz Zeynallının həbsdə saxlanması üçün heç bir əsas yoxdur. O, baş redaktorun ya ev dustaqlığına buraxılmasını, ya da həbs-qətimkan tədbirinin girovla əvəz olunmasını xahiş edib. Həmçinin vəkil bildirib ki, Əvəz Zeynallı ilə konfedensial söhbətlər apara bilmir: «Bakı İstintaq Təcridxanasında Əvəz Zeynallı ilə görüşərkən söhbətlərimiz dinlənilir, sənədlərimiz yoxlanılır. Mən müvəkkilimlə görüşdən çıxarkən təcridxana rəhbərliyi onunla görüş zamanı apardığım qeydləri yoxlayır. Müvəkkilimlə konfedensial söhbətlər aparmaq üçün onun barəsindəki həbs-qətimkan tədbirinin həbslə əlaqəli olmayan tədbirlə dəyişdirilməsi vacibdir».
1 saata yaxın davam edən iclasın sonunda hakim Əvəz Zeynallı barəsindəki həbs-qətimkan tədbirinin qüvvədə saxlanması barədə qərar çıxarıb.

Qeyd: Ə.Zeynallı bu il oktyabrın 29-da saxlanıb. Nəsimi rayon Məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı YAP-çı deputat Gülər Əhmədovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Bir çox beynəlxalq qurumlar Əvəz Zeynallının həbsinin saxta ittihamlarla həyata keçirildiyini və siyasi xarakter daşıdığını bəyan ediblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button