Əvəz Zeynallının həbsinə reaksiyalar

«Xural» qəzetinin əmlakının müsadirəsindən və nəşrinə qoyulan qeyri-rəsmi qadağadan sonra baş redaktor Əvəz Zeynallı həbs edildi.
Əvəz Zeynallının şərlənərək həbs edilməsinə ictimaiyyət dərhal reaksiya verdi. Sıralarında nüfuzlu ictimai-siyasi xadimləri və bir neçə müxalifət partiyasını birləşdirən İctimai Palata baş redaktorun həbsini söz və mətbuat azadlığana qarşı repressiya kimi dəyərləndirdi və hakimiyyətin apardığı bu siyasəti kəskin pislədiyini bəyan etdi.
Ədalət, Klassik Xalq Cəbhəsi (KXCP), Ümid, Demokrat (ADP), Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP), Millətçi Demokrat (MDP), Milli Qurtuluş partiyaları, Qarabağ Bloku, Ziyalılar Forumu, Redaktorlar birliyi, Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) və s. Onlarla təşkilat və qurum «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının siyasi sifariş əsasında həbs olunduğunu bildirdi və bu həbsi azad sözə və insan haqlarına qarşı atılmış addım saydıqlarını bəyan etdilər.
Həmçinin beynəlxalq qurumlar da Ə.Zeynallının həbsini pisləyən bəyanat qəbul ediblər.
Sərhədsiz Reportyorlar Birliyi
Azərbaycan hakimiyyətini jurnalist Əvəz Zeynallının dərhal azad edilməsinə çağdı və Bakı Apelyasiya Məhkəməsinin oktyabrın 28-də, üç aylıq istintaq müddətində jurnalistin həbsdə saxlanması ilə bağlı çıxardığı qərarı pislədi. Noyabrın 4-də yayılan bəyanatda qeyd olunur ki, “Gündəlik “Xural” qəzetinin baş redaktoru bir həftə əvvəl, hakim partiyanın millət vəkili tərəfindən rüşvət almaqda ittiham olunub. Böhtanla bağlı digər məsələlər də qəzetin nəşrinin dayandırılması ilə nəticələnib.
Sərhədsiz reportyorlar bildirirlər ki, hakimiyyət ən müxtəlif bəhanələrlə «Xural» qəzetinin fəaliyyətini dayandırmaq və ölkə prezidentini sərt tənqid etdiyi üçün Əvəz Zeynallını cəzalandırmaq istəyir. Rüşvətlə bağlı ittihamlar üçün heç bir dəlil, sübut yoxdur ki, onların əsasında da jurnalist həbsdə saxlanılsın. Bu qərar bütün fərqli yönlərilə ikiqat cəza deməkdir. Təqiblər dərhal dayandırılmalıdır.
Həm Əvəz Zeynallının ailəsi, həm də mətbuat Bakı Apelyasiya Məhkəməsinin qapalı iclasındakı dinləmələrdə iştirak etmək hüququndan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi, ötən həftə Nəsimi rayon məhkəməsinin Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4. maddələrilə rüşvət almaqda ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunan jurnalistin növbəti məhkəməyə qədər ən az 3 ay müddətində həbsdə saxlanılması qərarını qüvvədə saxlayıb. Bu ittihamlar 7 ildən 12 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Şikayət hakim YAP partiyasının parlament nümayəndəsi Gülər Əhmədova tərəfindən irəli sürülüb və o bildirib ki, Əvəz Zeynallı avqust ayında ondan haqqında kompromat məlumatlar yaymamaq üçün pul istəyib. İndiyədək bunu sübut edən fakt kimi telefon zəngi götürülür, hansı kı həmin audio yazıda Əvəz Zeynallının səsi tanınmayacaq dərəcədədir. Onun evində və maşınında axtarış aparılan zaman icraçılar onun xanımından «külçə qızıl və odlu silahın» yerini soruşublar.
«Xural» öz fəaliyyətini iki həftə əvvəl, məmurlar qəzetin mənzil-qərargahına gələrək onun bütün texniki avadanlıqlarını müsadirə edəndən sonra dayandırıb. Buna əsas da o gətirilib ki, qəzet üç «ictimai xadim»i təhqir etdiyi üçün məhkəmə tərəfindən kəsilən ümumilikdə 19 min manat (17 460 avro) pul cəriməsini ödəməyib. O həm də məhkəmə qərarlarını icra etməməkdə ittiham olunub.
Həqiqətdə isə Zeynallıya qarşı məhkəmə təqibləri onun «Əl-Cəzirə» kanalına müsahibə verən prezidentin ünvanına oktyabrın 19-da yazdığı tənqidi yazısı olub. «Xural»ın texniki avadanlıqları zəbt olunandan sonra da Zeynallı daha çox internet vasitəsilə yazılarını yayımladıb. Onun qardaşı Rauf Zeynalov da oktyabrın 20-də yol polisi vəzifəsindən heç bir səbəb olmadan azad edilib.
Sərhədsiz Reportyorların 178 ölkənin azad mətbuat indeksində Azərbaycan 152-ci yeri tutur. Yaz aylarında Ərəb inqilabçılarından ruhlanan jurnalistlər, bloqqerlər və fəallar bu ilin mart və aprel yalarında keçirilən dinc nümayişlər zamanı hakimiyyətin sərt təpkiləri və təqiblərilə qarşılaşmış, həbs olunmuşlar”.
ATƏT-in həbsə münasibəti
qurumun media azadlığı üzrə nümayəndəsi Dunya Myatoviçin açıqlamasında əksini tapıb. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə münasibət bildirən D.Myatoviç deyib ki, “Uzun illər fəaliyyət göstərən qəzet gündəlik nəşrə keçəndən və hakimiyyət rəhbərliyini tənqid edəndən sonra baş redaktor saxta ittihamla həbs edilib”.
“Amnesty İnternational”
isə araşdırma aparıldığını bəyan edib. “Amnesty İnternational”ın Avrasiya bölümünün rəhbəri Con Dalhuyzen və təşkilatın Azərbaycan Avropa və Mərkəzi Asiya proqramı üzrə tədqiqatçısı Nataliya Notadze Bakıda keçirdikləri mətbuat konfransında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə də münasibət bildiriblər: “Hazırda onun həbsinin detallarını araşdırırıq. Azərbaycanda bir həyəcan var. Hakimiyyəti tənqid edən jurnalistlər həbs edilir. Onlardan biri də ”Xural”ın baş redaktoru Əvəz Zeynallıdır. Məsələ ilə bağlı daha detallı məlumat toplayandan sonra qənaətimizi ictimaiyyətə açıqlayacağıq. Əmin olmaq istərdik ki, Əvəz Zeynallı ədalətli məhkəmə hüququndan istifadə edə biləcək”.

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button