Əvəz Zeynallının işi ilə bağlı mətbuat konfransı keçiriləcək

Dekabrın 16-da, saat 14:00-da RATİ-nin ofisində «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının istintaq işi ilə bağlı mətbuat konfransı keçiriləcək.


Mətbuat konfransı Əvəz Zeynallının ad gününə təsadüf edir. Tədbirdə «Xural» qəzetinin əməkdaşlarına təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlərin nəticələri barədə məlumat veriləcək. Həmçinin YAP-ın Qadınlar Şurasının üzvü, millət vəkili Gülər Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Əvəz Zeynallının ondan külli miqdarda rüşvət tələb etməsi iddiası ilə təqdim etdiyi SD diskin ekpertizası ilə bağlı məqamlara açıqlıq gətiriləcək.
Mətbuat konfransında «Xural»ın kollektivi, Əvəz Zeynallının vəkili və mətbuat işçiləri iştiprak edəcəklər.
Mətbuat konfransına bütün KİV dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button