Əvəz Zeynallının məhkəməsi başlayır…

03.09.2012

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi sentyabrın 12-də saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə davam etdiriləcək. 

Xatırladaq ki, məhkəmə iclasları hakim R.Allahverdiyevanın məzuniyətə çıxması ilə bağlı qeyri-müəyyən vaxtadək təxirə salınmışdı. Növbəti məhkəmə prosesinin daha 10 gün müddətinədək uzadılmasının səbəbi kimi prokuror Ramazan Hadıyevin hələ də məzuniyyətdən qayıtmaması göstərilir.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək məhkəmə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək.

Onu da bildirək ki, Ə.Zeynallının həbs olunması üçün şikayət ərizəsilə müraciət edən Gülər Əhmədova ötən iclasda məhkəməyə şahid qismində qatılıb və baş redaktora qarşı “ağlasığmaz” ittihamlar irəli sürüb. Ə.Zeynallı G.Əhmədovanın ittihamlarına cavab vermək imkanı isə deputatın növbəti məhkəmə iclasına qatılmaması səbəbindən baş tutmayıb.

Qısa məlumat: Bundan əvvəlki məhkəmə iclaslarında  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, müğənni N.Ələsgərli, ədliyyə işçiləri, “Kurort” MMC sabiq prezidenti Akif Məmmədov, “Xəmsə” restoranının administratoru Xanoğlan Muxtarov şahid qismində ifadə veriblər.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button