Əvəz Zeynallının qanunsuz həbsindən bir ay keçdi

Noyabrın 29-da saat 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının qanunsuz həbsinin bir ayı münasibətilə tədbir keçiriləcək. Tədbirdə ölkənin aparıcı KİV-nin nümayəndələri, hüquq müdafiəçiləri, həmçinin bu məsələ ilə bağlı mütəmadi fəaliyyət göstərən nümayəndələr iştirak edəcəklər.
Burada həmçinin ötən bir ay ərzində Əvəz Zeynallının həbsi ilə əlaqədar görülən işlər də geniş müzakirə olunacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button