Əvəz Zeynallının vergi cəzası dəyişmədi

1151035_635016949851479_2097245081_n19.05.2014

Mayın 19-u 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın sədrliyilə iddiaçı Zeynalov Əvəz Tapdıq oğlunun, cavabdehlər AR Vergilər Nazirliyinə və AR Vergilər Nazirliyi yanında Vergi Audit Departamenə qarşı “N saylı, 22.02.2012-i il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə” iddia tələbinə dair ərizəsi üzrə məhkəmə keçirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.

Vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatətləri təmin olunmayıb: “Hakimin bu qərarı gözlənilən idi”.1001236_635016999851474_294865251_n

Xatırladaq ki, 09.07.2012 tarixində “Xural” qəzetinin hazırda əsassız ittihamlarla həbs olunmuş baş redaktoru Əvəz Zeynallı haqqında ilk ədalətli qərar çıxarılmışdı.  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyova iddiaçı Əvəz Zeynallının, cavabdehlər AR Vergilər Nazirliyinə və AR Vergilər Nazirliyi yanında Vergi Audit Departamenə qarşı “N saylı, 22.02.2012-i il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə” iddia tələbinə dair ərizəsi üzrə hazırlıq icraatında cavabdeh AR VN yanında Vergi Audit Departamentinin 08 iyun 2012-ci il tarixli ərizəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq müəyyən etmişdi ki, məhkəmə tərəfindən AR-nın İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsində əsasən cavabdehlərin iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə bildirilməsi tələb olunsa da, cavabdehlər məhkəmə tərəfindən təyin edilmiş müddətdə iddiaya qarşı etirazını bildirməyiblər. Qeyd edək ki, AR VN yanında Vergi Audit Departamenti məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş edib. Nazirlik vəsatətini onunla əsaslandırmışdı ki, Əvəz Zeynallı  barəsində cinayət işi başlanmış və həmin idarənin böyük müstəntiqi tərəfindən Nəsimi rayon məhkəməsinin Ə.Zeynallı tərəfindən təsis edilən “Xural” qəzetinin fəaliyyəti zamanı vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin VN-nin mütəxəssisləri tərəfindən yoxlanılması üçün vəsatət verilib, vəsatət Nəsimi rayon məhkəməsinin 14.11.2011-ci il tarixli qərarı ilə təmin edilib. Həmin qərara əsasən, Ə.Zeynallının fəaliyyəti üzrə aparılmış səyyar vergi yoxlaması 22.02.2012-ci il tarixli N nömrəli aktla rəsmiləşdirilmiş və Ə.Zeynallı tərəfindən yoxlanılan dövr üzrə sadələşdirilmiş verginin 7251.20 manat azaldılması müəyyən edilərək, səyyar vergi yoxlanılması materialları AR-nın BP yanında KQMİ-nə göndərilib. Həmin idarə tərəfindən Ə.Zeynallı haqqında CM-nin digər maddələri üzrə ittiham elan olunaraq cinayət işinin materialları məhkəməyə göndərilib.

Həmin vaxt cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün məhkəmə iddia ərizəsini və cavabdeh AR VN yanlında Vergi Audit Departamenti tərəfindən “icraatın dayandırılması barədə” vəsatətin əlavə etdiyi sənədləri nəzərdən keçirərək, hesab edib ki, iş üzrə icraatın dayandırılmasına əsas yoxdur.  Beləki, İnzibati Məhkəmə icraatında aparılan araşdırmanın həmin mərhələsində cinayət əməli törədilməsinə dair şübhə doğuran hal aşkar edilməyib. Məhkəmə AR İnibati Prosessual Məcəlləsinin 7, 50-ci maddələrini rəhbər tutaraq qərara almışdı ki, AR VN yanında Vergi Audit Departamenti inzibati məhkəmə “icraatın dayandırılması barədə” vəsatəti təmin edilməsin.

Lakin 22 iyun 2012-ci ildə 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin hakimi Miminat Hacıbəyova siyasi sifariş həyata keçirərək, bu qərarı dəyişdirir və yeni qərar çıxarır. Ə.Zeynallının ACM-də məhkəmə prosesi getdiyi zaman VN səlahiyyətli nümayəndəsi 2 saylı BİİM-də vəsatət qaldıraraq, işə ACM-də baxıldığını əsas gətirmiş və məhkəmə bitdikdən sonra BİİM-də işə baxılmasına qədər vaxt istəmişdi. Onun vəsatəti qəbul olunmuşdu.

Ə.Zeynallının BACM-də məhkəmə prosesi başa çatdıqdan sonra və hakim R.Allahverdiyeva çıxardığı hökmdə heç bir əsas olmadan CM-nin 213-cü maddəsi üzrə ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button