​UEFA rəsmisi: “Terror olmayacağına zəmanət verə bilmərik”

Ciankarlo Abete

Son vaxtlar baş verən terror hadisələri yayda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Xural.com report.az-a istinadən xəbər verir ki, qitə turnirinin azarkeşsiz keçirilmə ehtimalı da var.

Avropa futbol qurumu prezidentinin köməkçisi Ciankarlo Abete “Radio24″ə açıqlamasında məsələylə bağlı fikirlərini bildirib. O, terror təhlükəsi səbəbindən Avropa çempionatının arxa plana keçirilməyəcəyini, lakin oyunların azarkeşsiz təşkil olunma ehtimalının olduğunu bildirib:

“Yarışlar vaxtı terrorun olmayacağına zəmanət verə bilmərik”.

Qeyd edək ki, iyunun 10-da start götürəcək və bir ay davam edəcək Avropa çempionatının oyunları Fransanın Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sent-Etyen və Tuluza şəhərlərində keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button