“ALJİR”-in əsir qadınları…

Mehriban Ələkbərzadə

ATILMIŞ BUMERANQLAR HEÇ DƏ HƏMİŞƏ HƏDƏFƏ GETMİR.

ONLARIN DA BƏZİLƏRİ HƏRDƏN AZADLIĞI SEÇİRLƏR…

Qadınlar LAGERlərdə həyat sürmürdülər. “CƏZA”nin işgəncəsini qəbul etmək zorunda idilər.
Akmolinskiy ( kod adı – A.L.J.I.R.) KARAGANDA 17 saylı cəza-islah düşərgəsi qadınlar üçün nəzərdə tutulmuş ən məşhur lager idi. Daha bu kimi iki qadın lagerləri – adı gizli saxlanmış adaların birində fəaliyyət göstərib. «Arxipelaqa QULAQ» kod adında.
İslah edilənlər kimlər idi?
VƏTƏN xainlərinin – Buxarinçi, Trotskiçi casusların zövcələri, ləyaqətli kişilərin xanımları… bu kimi xüsusi şöbələrdə “şərəf əzən maşınından” keçirilirdi.
Burdakı məhkumların tərkibi ancaq (NKVD SSSR № 00486 kak ÇSİRı — «çlenı semey izmennikov Rodinı»)) ) vətən xainlərinin ailə üzvləri idi. Bu həm də deportasiya idi.
Qazaxıstanın AKMOLA rayonunda, (1938-1953) indiki Robin kəndində bu düşərgənin xarabvalıqları o zaman və əxlaq haqqında çox şeylər söyləyir.

I yazı
LƏYAQƏT haqqında rəvayət!
Şərəfsizlik hərdən LƏYAQƏTƏ qalib gəlməyə də bilər…

…1937-ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə dogru şütüyürdü.
Bu qatarın içində Abxaz knyazının qızı və Əhməd CAVADın sevdiyi xanımı uzaq yol gedirdi. Beş uşaq anası ŞÜKRİYYƏ xanım da düz 47 nəfər (xalq düşməni arvadları, yaxud ingilis casusu, fransız kəşfiyyatçısı, pantürkist, buxarinçi və s…) ilə bir vaqonda, ayaq üstə güclə yerləşdirilmiş halda 3 gün idi ki, ac-susuz yol gedirdi…
(Bunu mənə ŞÜKRİYYƏ xanım 1990-cı ildə söyləmişdi. O, Şəmkirin Seyfəli kəndində məskunlaşmışdı. Baxmayaraq ki, 8 illik sürgün həyatından sonra ona Bakıda yaşamaq icazəsi verilməmişdi. Amma heç Şükriyyə xanım bunun umurunda da deyildi. Elə ilk gündən məskunlaşacagı yerin Seyfəli olduğunu söyləmişdi. Bu ünvan da təsadüfi seçilməmişdi Şükriyyə xanım tərəfindən.
Bu kənd Əhməd Cavadın doğulduğu torpaq idi…
)

…1937-ci ilin ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə dogru şütüyürdü. Bu qatarın içində – Abxaz knyazının qızı və Əhməd CAVADın sevdiyi xanımı uzaq yol gedirdi. Beş 5 uşaq anası ŞÜKRİYYƏ xanım da düz 47 nəfər (xalq düşməni arvadları, yaxud “ingilis casusu”, fransız kəşfiyyatçısı, pantürkist, buxarinçi və s…) ilə bir vaqonda, ayaq üstə güclə yerləşdirilmiş halda 3 gün idi ki, ac-susuz yol gedirdi…
Qatar dumana bənzər tüstünü səmaya yaya-yaya sürətlə soldan-sağa dogru gedirdi…
Soldan–sağa gedən ağzı qapalı, şüşəsiz (aynasız) qatarda …adətən dustaq aparılırdı. Sərnişinlər – “dustaq” adlanan “sərnişinlər” ac-susuz, 3 gün idi ki, o məşum ünvana – “mənzilbaşına” çatmaq bilmirdi ki, bilmirdi. Kod adı “ALJİR” olan bu məkana doğru məsafəni qət edən bir bölük qadın qatarın içində bir əşya kimi yerləşdirilmişdi.
1937-ci illər adlanan cəhənnəm əzablı zamanda bu qatarlar sağdan-sola, soldan-sağa fasiləsiz olaraq YOL gedirdi.
Ya sürgün edilmişlər, “casuslar”, “xalq düşmənləri”, “buxarinçilər”, “pantürkistlər” CƏZAlarını çəkmək üçün uzaq şimal düzənliyinə – gedər-gəlməzə aparılır, ya da xalq düşmənlərinin (ÜÇ-lüyün qərarı ilə güllələnmişlər) rəsmi şəkildə onlardan boşanmağa etiraz edən xanımları (çox cod səslənsə də…) icbari işlər üçün sürgün edilirdilər. “Humanistlik” göstərən rejim onları yüngül və şərtli cəza kimi əmək düşərgəsinə göndərirdi.
Nə olsun ki… Heç bir övlad öz valideyninə, onun etdiyi “cinayətə” cavabdeh deyil….
Nə olsun ki… Bu fəhlə-kəndli hökümətinə canını-qanını verməyənləri, onların düşünmədiyi kimi düşünənləri tamam məhv etmək üçün 37-ci ilin dekabrın 1-də bu kimi nakəslərin sorgu-sualsız məhvinə də qərar verildi…
Nə olsun ki… STALİN baba bütün uşaqların sevimlisidir və düşərgələrdə də doğulan uşaqlar var idi.
Bu dəfə də bu qatarda, vaqonların birində çox məşhur isimlərin sahibləri var idi. Təəssüflə vurğulasaq da, indi onlara “dustaq qadınlar” deyərək mal-qara kimi 40-45 insanı bir vaqona basıb “ALJİR”-ə aparırdılar. “ALJİR” deyilən ünvana…
Afrikadakı ALJİRə deyil, Uzaq Şimala. ALJİR – kod isimdir.Əslində isə bu – “Akmolinski Laqer Jonı İzmenniki Rodina” kimi açıqlanır.
Yəni “Akmolinskdəki Vətən Xainlərinin Arvadları üçün Düşərgə” – deyilən yer idi.
Bu vaqonda Bakıda bir-birini heç cürə həzm etməyən 2 fərqli dünyabaxışlı qadın, indi isə 2 sürgün edilmiş dustaq – yol yoldaşları olmasalar da – yanaşı, bir-birinə yapışmış halda; C.Bayramova və Ş.Axundzadə günlərlə yol gəlir və hələ gedəcəkdilər də… (Onlara “Vraq narod arvadı” deyirdilər)…
Əvvəllər daha fərqli ünvanlarda bir-birinə rast gəlsələr də, sanki bir-birini görmürmüş kimi üzlərini çevirən bu qadınlar, indi bunu istəsələr də edə bilməzdilər. Buna heç imkan da yox idi.
Həddindən artıq dar yer idi.
Və ümumiyyətlə, mavi gözlü qadının əynindəki geyimdən, özündən gələn acı-turş qoxu özündən də uzağı vururdu.
Şabalıdı saçı-başı dolaşmış olsa da, sifətinin yara-kir qaysaqları ürək bulandırsa da, diqqətlə baxdıqda bu üfunət qoxulu qadının nə vaxtsa bəyaz olmuş dərisini və daranmış halda ipək sap toplusunu xatırlada biləcək saçını təsəvvür etmək mümkün idi.
Ona əvvəllər “knyaz qızı” deyən bolşevik tövrə sahib qadın da… (Ceyran Bayramova) bunu edirdi. Bu görkəmə hamıdan çox elə o təəccüb edirdi. Amma susurdu…
İstisna olaraq gecələr bir tərəf üstündə yatmaq imkanı verilirdi.
Yenə də dustaqlardan fərqli olaraq, istisna edilən qaydalardan birinə – gecə subaşına çıxmağa 5 dəqiqə vaxt ayrılırdı. Məcburiyyət olsa da, məhkumun deyil, nəzarətçinin məsləhət bildiyi zaman seçilirdi.
Qatar uzun-uzadı fit verdi…
Qadınlar həyəcan, bir az da qorxu ilə bir-birinə baxaraq sual dolu gözlər bir-birinin üzündə, bədənində gəzirdi. Nəzarətçinin onların hamısının vaqonun dışardan açılmış qapısından aşağı enərək sıraya düzülmək əmri onları bu dəfə təşvişə saldı. Şükriyyə Axundzadə (Acar knyazının qızı, Əhməd Cavadın xanımı) rahat idi.
Hamısı ad və soyad sırası ilə pilləkənsiz, hündür vaqondan atılmalı və düz durmağı bacarmalı idilər. Yoxsa ən azı 2-3 dəyənək yeyəcəkdilər. Yıxılanda qaşı-gözü partlayanlara, qolu, ya da ayağı zədələnənlərə də rəhm edilmirdi. Qadınlar isə, aclıqdan ayaq üstə də yıxılırdılar. O ki qaldı hündür yerdən kimsənin köməyi olmadan tullanmağa, Şükriyyə dirsəyini yerə dəstək kimi qoyaraq yerə atıldı. Yıxılmasa da, bu dəfə qolu xırçıldadı.
Ceyran yıxıldı. Tez ona əlini uzadan Şükriyyə heç nə olmamış kimi, tez də üzünü çevirib sıraya durdu. Bu məqamı görməyən nəzarətçi dəftərindən beş qadının soyadını çağırdı. Qadınlar irəli çıxdılar. Və quzu balası kimi – nəzarətçinin ardınca getməyə başladılar.
Artıq 5-ci stansiya idi. Pis söyüşlərlə söyən nəzarətçi-qadın beşinci dəfə idi ki, onları stansiya hərbçilərinə çörək və konserv əvəzinə satırdı. Bəli. Çox acı mənzərə idi…
Saatla… ədədlə… kilo ilə… AL-VER edirdilər.
“30 dəqiqəlik dayanacaq”dan geri qayıdandan sonra, ancaq həmin qadınlara it payı təkin bir enli kəsim qara çörək də atırdılar. Onların da çoxu onu xısın-xısın ağlayıb, ya da göz yaşına yavanlıq kimi açgözlüklə yeyirdilər. Çox az qismi yanındakı bir-iki qadınla da “zəhmət haqqısını” bölüşürdü.
İki stansiya əvvəlki “dayanacaq”dan qayıdan Şükriyyə kobud nəzarətçi qadının möhkəm təpiyi və başından bir dəyənək zərbəsinə qonaq edilsə də, öz-özünə pıçıldayırdı: “Minnətdaram, ilahi”.
Amma qəribə olan bu idi ki, Şükriyyə xanım – Acar knyazının qızı, Əhməd Cavadın sevgili xanımı, bu zərbələrdən nə ufuldamış, nə də ağlamışdı. Əksinə, gülə-gülə yıxıldığı yerdən duraraq, dimdik nəzarətçinin gözlərinə baxmışdı.
İndi yenə dayanacaqdı. Hətta 45 dəqiqə. Nəzarətçi qadından: “Maşa! İki qrup seç bu zibillərdən!” əmrini alan digər nəzarətçi, onları dəyənəklə seçib ayırdı. Sonra iki dəstəyə ayırdı. 3 nəfərlik iki dəstə kimi irəliləməyi əmr etdi. Bir az gedib baş nəzarətçiyə çatmamış yerlərində durdular. Növbətçi onlara irəliyə getməyi əmr etdi. Əsas nəzarətçi göz edən kimi, cərgəyə son qatılan qadının kürəyindən vurub, baş nəzarətçinin qarşısına getməyi və dayanmağı tapşırdı. Nəzarətçi kişi baxışları ilə onu başdan-ayağa süzdü. Sonra ona nəzarət köşəsindən verilən siqnala ikrahla qulaq asıb başını tərpətdi. Bütün acığını qarşısındakı gənc qadına tökərək, əlindəki dəyənəyi onun boyun-boğazına çırpdı. Daha sonra dəyənəyi onun dizlərinə vuraraq, onun uzun ətəklərini qaldırmaq işarəsini verir. Baxır və “sağa, yaxud sola” keçməsini əmr edirdi. Növbətçi qadının qısa ayaqlarına baxıb, dəyənəklə əvvəl ayaqlarına, sonra başına çırparaq: “Rədd ol yerinə, meymun!” deyə qışqırdı.
Nisbətən rahat nəfəs alan qadınların əsəbləri yenə tarıma çəkildi. Çünki bu, o demək idi ki, hələ kiminsə “seçilmək şansı” vardı. Qadınlar təşviş və əzilmiş halda gözlərini bir-birindən gizlədərək (sankı özlərini gizlədirdilər) yerə dikdilər.
Qadınlar təşviş içində və əzilmiş halda gözlərini bir-birindən gizlədərək yerə dikdilər. Bu zaman nəzarətçinin gözü Ceyranda ilişib qaldı. Qəfildən Şükriyyə onun özünü dayaq kimi söykəndiyi taxta yeşiyin arxasından ayaqlarını çəkdi. Yeşik yerə dəyməyi ilə parça-parça olmagı bir oldu. Daha sonra qatar yolu üçün daha dərin qata düşən Ceyrana kimsə əl uzatmadı. Relsin üzərinə düşdüyündən üz-gözü partlamış Ceyran xanım zülüm-zülüm ağlayırdı. Nəzarətçi qadın yuxarıdan ona baxıb hirsindən tüpürdü və deyinə-deyinə uzaqlaşdı. Gedə-gedə rastına çıxan qadının boynundan tutub seçdiyi sıraya qatdı. Qadının boynunun ardına topladığı saçları dağıldı. Bir anın içində dəyişən qadın əsir düşmüş düşmən kimi nəzarətçinin qəzəbinə tuş gəldi. Nə isə soruşmaq istəyən digər qadına bir-birinin ardınca 2 sillə çəkib yoluna davam etdi. Qadınlar tilsimlənmiş siçovullar kimi nəzarətçi qadının ardınca, stansiyanın növbətçi hərbçilər üçün ayrılmış NƏZARƏT postuna yaxınlaşdılar.
Relslərin arasında qan-qançır olmuş, acıdan ağıyaraq ağlayan Ceyran qəfildən başını qaldırıb Şükriyyəyə baxdı. Acı fəryadını kəsib işarə ilə onların uzaqda olmasının təsdiqi üçün Şükriyyəyə nəzər saldı. Şükriyyə sakitcə başını tərpətdi. Uzunboylu olsa da, Ceyran çətinliklə çuxurdan perrona qalxdı. Gəlib Şükriyyənin yanında oturdu. Əlinin arxası ilə burnunu və ağzını silmək istəsə də, əllərinin bərbad vəziyyətdə olduğunu gördü. Qəfildən dəli kimi xısın-xısın gülməyə başladı. Daha sonra qəşş elədi…
Şükriyyə başını bulayaraq, yaxasında saxladığı bəmbəyaz yaylığı çıxardı və ona uzatdı. Ceyran göz yaşı qanına bulaşmış sifətini silərək: “Əsas ordan qurtuldum” deyib sevindi. Qəfildən bu xilasın bu dəfə keçərli olmasından gələn dəfəyə bəhanə qalmayacağını anladı və susdu. Bir an sonra yenidən Şükriyyəyə baxaraq, ondan növbəti “kömək etməyini” istədi. Şükriyyə məchul nəzərlərlə onu süzdü.
Ceyran səsi ilə diqqəti cəlb etdiyi digər nəzarətçinin düz ona tərəf gəlməsindən şoka düşdü və donub qaldı.

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

  1. Salam! Mehriban xanımın məqalələrini həmişə çox diqqətlə oxumuşam və harada Mehriban xanımın adi varsa mütləq oradan böyük informasiyalar alcağıma əminəm.
    Telekan-da işləyərkən heç bir verilişini buraxmazdım.
    “ALJİR”-in əsir qadınları… nıda oxudum boyük ürək ağrısı ilə… şərhə ehtiyac yoxdur
    çox yazıqlar olsun ki bunları yaşamışıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button