“Xural” ödənişlərə başladı!!!

Kəsilən haqsız cərimələr qüvvəyə mindiriləndən sonra dar imkanlarımızla bəzi ödəmələrə başladıq. Kollektivimizin və qəzetin imkanlarını səfərbər edərək, Oxucularımızın da dəstəyi ilə ilkin ödənişləri etdik.

Nüşabə Ələsgərlinin 10 manatını ödədik – qaldı 190 manat!

Ağabəy Əsgərovun 10 manatını ödədik – qaldı 990 manat!

Adolf Hitlerin tərcümə olunmuş «Mənim Savaşım» kitabına görə yaranan ekspertiza xərci üçün Azərbaycan Dövlət büdcəsinə 20 manat ödədik – qaldı 130 manat!

Məhkəmə İcraçılarına 10.5 manat ödədik – maraqlıdır ki, bu xərci tutan idarə əslində heç bir iş görmədən əlavə pul qazanır!
“Kapitalbank” böyüklü-kiçikli, irili-xırdalı hər ödəniş üçün 1 manat pul tutur. Bu, soyğunçuluqdur, amma başqa bir mövzunun söhbətidir. 4 ödəniş üçün 4 manat da «Kapitalbank»a ödədik!

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button