“Xural”a repressiyalara son qoyulsun!

vüqar bəyturanVüqar Bəyturan:”Azad mətbuat nümunəsi olan bir qəzeti susdurmaq milli maraqlarımıza uyğun deyil”

Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan “Xural” qəzetinin əmlakının qanunsuz müsadirəsinə və qəzetin çapına yaradılmış süni maneələrə münasibətini açıqlayıb. MQP başqanı deyib: “Biz ölkədə demokratik islahatların keçirilməsini arzulayan və cəmiyyətdə qütbləşmənin aradan qaldırılması üçün çalışan siyasi qüvvə olaraq bu gün azad mətbuat nümunəsi olan “Xural” qəzetinə qarşı hakimiyyətin bütün cəbhələr boyu aparılan hücum əməliyyatını kəsinliklə pisləyirik. Qəzetin əmlakının qanunsuz şəkildə müsadirəsinin və çapına yaradılmış süni maneələrin ölkədə siyasi hakimiyyətin fərqli fikrə, azad sözə, müstəqil mətbuata olan dözümsüz münasibətinin göstəricisi olduğunu təəssüflə qeyd edirik. Bu addımların ölkəmizin onsuz da bərbad olan imicinə daha böyük zərbə olacağını və azad sözün demokratik inkişafın əsas atrubutu olmasını nəzərə alıb, “Xural” qəzetinə qarşı repressiyalara son qoyulmasını MQP olaraq tələb edir və hər zaman müstəqil mətbuatın yanında olduğumuzu vurğulayıram. Əsassız məhkəmə qərarlarının ləğv edilməsi, azad mətbuata təzyiqlərə son qoyulması və fərqli düşüncəyə dözümlü yanaşma olmazsa, ölkədə elan olunan demokratik islahatlar söz olaraq qalacaq. Bu baxımdan Azərbaycanın gələcəyi naminə hakimiyyəti yanlış addımlardan çəkinməyə çağırıram”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button