«Azadlıq» jurnalının 1-ci sayı işıq üzü görüb

Jurnal «Azadlıq» qəzetinin əlavəsi kimi hər həftə 48 səhifəlik buraxılışla Oxucularının görüşünə gələcək…

Rusca «Azadlıq» jurnalının ilk nömrəsi çapdan çıxıb. Qənimət Zahidovun baş redaktorluğunda işıq üzü görən jurnal maraqlı analitik təhlil, eləcə də müəllif yazıları ilə zəngindir. Jurnalda Zəfər Quliyevin, AXCP sədri Əli Kərimovun tənqid dolu yazıları, Misirdə, Tunisdə baş verənlər, Azərbaycan hakimiyyətinin korrupsiyaçı mahiyyətini ortaya çıxaran xarici mətbuatda dərc olunan məqalələr, o cümlədən müxtəlif rəngli inqilablar haqqında araşdırma yazıları və digər materiallar yer alır. Baş redaktor giriş yazısında «Azadlıq» jurnalının əvvəlki buraxılışlarından, müxtəlif illərdə aralıqlarla çıxan dərginin tarixindən və onun bugün dərc olunma zərurətindən bəhs edib. Qənimət Zahid Oxucularına və ciddi yazarlara müraciət edərək onlarla həmrəy olmalarını xahiş edib: «Biz əminik ki, çoxsaylı yazarların «Azadlıq» jurnalı ilə əməkdaşlığı sayəsində nəşrin uğurlu fəaliyyətini davam etdirə biləcəyik.»

Həmkarlarımıza uğurlar və bol tirajlı gələcək arzu edirik.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button