«Mərkəz»in kollektivi dağıldı

Gülər Əhmədova mətbuat günündə işçilərinin maaşını kəsib… XuralTAC-a «Mərkəz» qəzetində baş verən istefalarla bağlı məlumat daxil olub. Məlumatı verən redaksiyanın əməkdaşı Cəlil Cavanşir kollektivin aparıcı redaktorlarının və əməkdaşlarının işdən ayrıldığını, buna səbəb deputat, qəzetin sahibəsi Gülər Əhmədovanın atdığı bəzi addımların olduğunu dedi.«Mətbuat günündə bizə böyük hörmətsizlik olunub. Əlavə mükafatlar verilmək bir yana, öz halal maaşımız Gülər Əhmədova tərəfindən kəsilib və biz buna etiraz edərək qəzetdəki işimizdən istefa vermişik» – deyən Cəlil Cavanşir tək olmadığını bildirdi. Onun sözlərinə görə, redaktorlardan Bəxtiyar Elcan və Nicat Sadıqlı da istefa verənlər arasındadır. Müxbirlərdən Oral Əliyev, Aynur Qarayeva, Müşfiq Abdullayev də Gülər Əhmədovaya etiraz edənlərdəndir və onlar da bu gündən (dünəndən – Red.) «Mərkəz»lə əlaqələrini kəsirlər.

Məlumatı Gülər Əhmədova ilə dəqiqləşdirmək istədik. Xanım deputatın telefonunu Əhməd adlı köməkçisi götürdü və Gülər xanımın telefona cavab verə bilməyəcəyini söylədi. Məlumat dəqiqləşdirməli olduğumuzu dedik və Gülər xanımın müsaid olduğu zaman bizi aramasını xahiş etdik. Əhməd «olar» desə də, Gülər Əhmədovadan qəzetimiz çapa gedənə qədər xəbər gəlmədi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Nigar Almanqızı da «Mərkəz»in baş redaktoru vəzifəsindən istefa vermişdi. Bu hadisələrin Nigar xanımın istefası ilə bir bağının olub-olmaması isə yaxın günlərdə məlum olacaq.

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button