«Qara duman», yoxsa «Qara tuman»?!

Əvəz Zeynallı

ANS ÇM Emin Ağalarovun təbliğatçısı rolunda…

ANS ÇM-in insanın əsəblərini təpəsinə çıxaran aparıcılarının günboyu xəbərlərdə reklam etdikləri yeni verilişin sorağı yayıldı – sən demə bu gündn, yəni noyabrın 17-dən Mirşahinin yeni verilişlər silsiləsi başlayır. İlk assosiasiya veriliş Meydan Hərəkatından olacağı haqqında adamda rəy yaratsa da, sırtıq və bütün tərbiyə sərhədlərindən kənar səs tonu ilə aparıcı verilin mahiyyətini izah edir. Sən demə, Mirşahin «Qara duman» adlanacaq bu verilişlər silsiləsində 1991-ci ilin qara 20 Noyabr tarixində baş verən və Qarakənd üzərində vurulan qara vertalyotdan bəhs edəcək. Olsun. Bu da pis assosiasiya deyil – hər halda tariximizin qara yaralarından birinə çevrilən Qarakənd hadisəsi də araşdırılmağa layiqdir – zənnimcə bu hadisə də öz yerini və qiymətini almayıb. Yox. Bu da deyil. Sırtıq aparıcını axıradək dinləmək yetər ki, Mirşahinin «Qara Dman» verilişlər silsiləsinin mahiyyətini anlayasan. Sən demə, Mirşahin 20 Noyabr faciəsində həlak olanların yaxınlarından, dostlarından onlar haqqında xatirələr öyrənəcək, onların gəncliyindən, ömürlərinin maraqlı məqamlarından bəhs edəcək. Hə…. Hə… Başqa şeylər olmayacaq. Yəni Mirşahin bir zamanlar ANS-in efirində uğurla yayınlanan «Ölümündən 24 saat əvvəl» verilişinə oxşayan bir layihəni imitasiya etməyi düşünür və böyük ehtimalla elə də edəcək. İndi hakimiyyətin telekanallarında keçmiş və siyasi baxımdan ziyansız layihələr dəbdədir. Məsələn, Məhəmməd Əsədovun gəncliyindən və təxminən Aqil Abbasın bu günündən verilişlər yayımlamaq qulaqdincliyi və normal təşəkkür deməkdir. İndi heç Aqil Abbas da Məmməd Arazın çağlayan şeirlərindən sitat gətirə bilmir ona görə. Yni Məmməd Arazı, Xəlil Rza Ulutürkü öymək, onların haqqında saatlarla danışmaq, hətta ağlamaq olar, amma onların cəsur şeirlərindən söyləmək, onları millətə çatdırmaq olmaz. Yəni uzun sözün qısası, Mirşahin İradə İsaqın, ya da lap elə Sevinc Osmanqızının apardığı verilşlərə özünü möhtac qoyub. Niyə? Maraqlıdır, deyilmi?
Kəsdirmədən, gedəcəyəm. Burada ANS ÇM-i dinləmək bir az da məcburiyyətdir. Bunların xəbər və musiqi siyasəti elə aydın və rahat görünür ki? B uduman yox, tuman siyasətidir. ANS ÇM elə boyandığı qara efiri kimi «Qara duman»dan yox, «Qara tuman»dan bəhs edir və Şahvələd Çobanoğlunun sözü olmasın, danışa-danışa əsəb gətirən aparıcılarının təqdimatında qışqıra-qışqıra susmağının eyibini örtməyə çalışır.
Bir zamanlar millətə «Dərs» keçən, onun tanınmış insanlarını efirə toplayıb arxasını onlara çevirən, millətin bölünmüş təşkilatını canlı yayında birləşdirməyə səy göstərən, Heydər Əliyevi belə amansız və obyektiv şərhlərilə söküb-yığan Mirşahin, indi «Qara Duman»da Qarakənddə sui-qəsddə məruz qalan dövlət və siyasət xadimlərinin həyatının maraqlı anlarından film çəkir. Məqama bax ha… Onların yaxın dostlarının, yaxın qohumlarının bir növ xatirələrini… Bax, «Qara Duman»la, «Qara Tuman»ın fərqi qədər böyük nəticədir.
İndi Azərbaycan telekanalları Qara Tumanın altında qara-qara əməllərlə məşğul olurlar. Ölkənin anna siyasətinə müdaxilə etmək, onu tənqid etmək, sovrulan milyardların hesabını soruşmaq – «Hesabat» tələb etməkdənsə, ANS və onun qara kardinalı da özünü xatirə janrına həsr edir. Yəqin bu il də «İlin Adamı» mükafatını gənc «demokratın» gül balası Leyla Əliyevaya verəcəklər. Təbii ki, əgər Leyla xanım qəbul etsə, yni Mübariz İbrahimov çıxmasa. Lap elə gəncimizin kürəkəni Emin Ağalarov d pis namizəd deyil. Onsuz da ANS ÇM onun təbliğat meydançasına çevrilib. Hər gün bu kanal Emilin mahnılarını yerli-yersiz təbliğat etməklə məşğuldur.
Yazılı mətbuatın Qara Tumanı Dövlət Mətbuat Şurası, elektron KİV-in, telekanalların Qara Tumanı isə MTRŞ-dır. Yazılı mətbuatı Əli Qaragilənin DMŞ-sı, eləcə də televiziyaları da yenə Əli qaragilənin MTRŞ-sı bərbad günlərə qoydu. Beləcə Azərbaycan mətbuatı böyük və qara bir tumanın altına daxil oldu. .
Qaragilənin qara tumanı.
Hə, əzizim Mirşahin. Mən sənə mövzu yeri deyim – həbsxanalar. Burada insanın qanını donduran qara talelər var ki, millətin qaralmış qanını dondurar. Sən artıq işlənmiş xatirələr karvanından uzaqlaş, qardaş. Qarakəndin Qara Dumanları indi mətbuata qara tuman kimi enib. Qara tumanlardan çıxa bilsən, keçmişinə qayıdacaqsan.
Türk isə keçmişinə qayıdanda böyük olur.
Bilgə Xaqan elə deyib.

Tez-tez yuxularda gördüyün və başına bir iş gələcəyindən qorxduğun Əvəz Zeynallı

Bakı İstintaq Təcridxanası
17.11.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button