«Xural»ın əməkdaşına yenidən xəbərdarlıq edildi

Xəbər verdiyimiz kimi, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs olunduqdan bir neçə gün sonra qəzetin əməkdaşı Nürəddin Xocanın idarə etdiyi OKA markalı avtomobili Fəhlə prospektilə hərəkət edərkən qəfildən KAMAZ markalı maşın onun oturduğu sağ tərəfə ciddi zərbə vuraraq, hadisə yerindən sürətlə uzaqlaşmışdı. Hadisə ilə bağlı Nürəddin Xoca DYM-nə müraciət edib. Hadisə ilə bağlı araşdırmanın aparıldığı haqqında məlumat versə də bu günə kimi heç bir nəticə əldə olunmayıb. Noyabrın 6-da isə, yenidən Nürəddin Xocaya məxsus avtomobilin «podpresi» sındırılaraq, qabaq hissəsi tanınmaz hala salınıb. Hadisədən bir gün sonra noyabrın 8-də axşam saatlarında taksofondan onun mənzilindəki telefona zəng vurulub: «Xəttin o biri tərəfində duran adam əvvəlcə salamlaşdı, sonra isə Qurban bayramımı təbrik etdi. Əvəzində mən də bayramlaşdım. Bunun ardınca təmkinlə sual verdi ki, sənin geri çəkilmək fikrin yoxdur? Mən, «kimdir ki, danışan? Niyə geri çəkilməliyəm ki? Yolun ortasında getmirəm ki, kənara çəkiləm» dedim, ardınca, «sən yaxşı bilirsən, mən nəyi nəzərdə tuturam. Əgər geri çəkilməsəniz, sizin üçün də pis olacaq» deyib dəstəyi yerinə asdılar». Bunu təhdid və xəbərdarlıq kimi qəbul etdiyini söyləyən Nürəddin Xoca Əvəz zyenallı həbsdən azad olunan günədək kollektivdən ayrılmayacağını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button