Ə.Zeynallı: “Azərbaycanda minlərlə “siyasi məhbus” var…”

forum1

“Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda forum keçirilib

“Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda forum keçirilib.

Forum Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin təşəbbüsü ilə həyata keçirilib.

Tədbirdə çıxış edən komitənin üzvü Qubad İbadoğlunun sözlərinə görə, Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi vətəndaş cəmiyyətindəki olan problemlərin aradan qaldırılmasına çalışıb:

“Vətəndaş cəmiyyətinin ağır dövrü 2014-cü ildə olub. Amma bir qisim problemlər var ki, onlar, artıq aradan qaldırılıb”.

DSC00295

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl xatırladıb ki, bəzi qeyri-hökumət təşkilatları nümayəndələrinin ölkədən çıxışına qoyulan qadağa götürülüb: “Bu, müsbət haldır. Müsbət hallar olmaqla yanaşı, bir sıra mənfiliklər də var. Biz istəyirik ki, belə problemlər olmasın”.

Ş.İsmayıl vurğulayıb ki, Azərbaycandakı qeyri-hökumət təşkilatları ölkənin adının mənfi istiqamətdə hallanmasına razı deyil:

“Biz beynəlxalq arenaya da çıxmalıyıq. Bunun üçün bizim resursumuz olmalıdır, buna şərait yaradılmalıdır. Resurs olmadığı təqdirdə işlərin görülməsi çətinləşir”.

forum121

“Azərbaycanda medianın çağdaş durumu: son dəyişikliklər və gözləntilət” mövzusunda çıxış edən “Turan” İnformasiya Agentliyinin direktoru bildirib ki, Azərbaycanda media idarə olunur:

“Dövlət medianın müstəqil olmasında maraqlı olmalıdır. Fikir və ifadə azadlığı, jurnalistin təhlükəsizliyi çox önəmli məsələdir”.

DSC00299

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva insan hüquqlarının vəziyyətindən danışıb.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, qrantların qeydiyyatı ilə bağlı məsələlə yenidən baxıla bilər: “Qeyri-hökumət təşkilatlarının qeydiyyatlarının sadələşdirilməsi məsələsi də müzakirəyə çıxarılması planlaşdırılır”.

DSC00301

Sonra çıxış edən Azərbaycan Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin məsləhətçisi Gülsel Səfərova deyib ki, hökumət vətəndaş cəmiyyətilə əlaqələrə həmişə önəm verib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən vətəndaş cəmiyyəti ilə dialoq aparılıb, onların fəaliyyətinə dəstək verilib:

“Hökumət xeyli qeyri-hökumət təşkilatlarına qrant verir. Bunun nəyi pisdir ki?!”

G.Səfərova qeyd edib ki, Azərbaycanda bəzi həbs olunan şəxsləri “siyasi məhbus” adlandırırlar, lakin bu, doğru yanaşma deyil:

““Siyasi məhbus” anlayışı hər ölkədə bir cür başa düşülür. Yəni, həbs olunan şəxslər nəyə əsasən “siyasi məhbus” adlandırılırlar? Azərbaycan, ümumiyyətlə, siyasi məhbus məsələsini qəbul etmir. Ölkədə sözə, fikrə görə həbs olunan yoxdur. Ölkədə istər siyasi, istərsə də medianın azad fəaliyyət göstərməsi üçün mühit mövcuddur”.

evez

“Xural” qəzetinin və xural.com saytının baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı G.Səfərovaya müraciətlə bildirib ki; “zalda ən az 4 siyasi məhbus var və onlardan biri dforum1ə mənəm. Nə məndən narkotik maddə tutulub, nə də hər hansı bir cinayət törətməmişəm. Məni bu hakimiyyətin 15 illik deputatının quru ərizəsilə həbs edib, məhkəmə haqqımda 9 il azadlıqdan məhrumedilməmlə bağlı hökm çıxarıb. Məhkəmə salonlarında səsimiz batana qədər qışqırdıq. Amma haqq səsimizi eşidən olmadı. Avropa səsimizi eşitdi, dünya səsimizi eşitdi və bizi “siyasi məhbus” olaraq tanıdı. Siz isə hələ də bu düşüncə ilə iddia edirsiniz ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda siyasi məhbusların sayı onlarla yox, minlərlədir və biz orada olanda bunun dəfələrlə şahidi olmuşuq”.

forum12

elxan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button