Ə.Zeynallı: Siyasi məhbusların hüquqlarını pozanların siyahıları açıqlanacaq

Təkcə siyasi məhbusların deyil, həm də onların cinayət işlərinin saxtalaşdırılmasına görə cavabdeh olan şəxslərin də siyahıları tərtib edilməlidir. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində jurnalist və hüquq müdafiəçisi Əvəz Zeynallı bildirib.

O, müxtəlif qrupların hazırladığı 94 və 166 nəfərlik siyasi məhbus siyahılarının ikisini də imzalayıb.

Siyahılar arasında fərqi şərh edən Zeynallı deyib ki, 94 nəfərlik siyahıya Nardaran işi üzrə həbs edilmiş 23 şəxsin adı salınıb. Bunun səbəbi digər məhbusların işləri üzrə sənədli dəlillərin olmamasıdır. 166 nəfərlik siyahıda isə Nardaran hadisələri ilə bağlı həbs olunanların və “Müsəlman Birliyi” hərəkatının tərəfdarlarının hamısı yer alır.

Zeynallının fikrincə, bu məsələyə ümumi siyasi kontekstdə yanaşmaq lazımdır. Onun fikrincə, Nardaran əməliyyatı özü hüquq-mühafizə orqanlarının təxribatı olduğuna görə bütün məhbuslar siyasi məhbus hesab olunmalıdır. Buna görə Zeynallı 166 nəfərlik siyahını həqiqətə yaxın hesab edir.

Bundan başqa, 166 nəfərlik siyahıya hələ 90-cı illərdə dövlət çevrilişinə cəhd işləri üzrə ömürlük həbs edilmiş 15 məhbusun da adı salınıb. İlkin olaraq onlar güllələnməyə məhkum olunublar, ölüm cəzası ləğv edildikdən sonra isə onların cəzası məhkəmə qərarı olmadan avtomatik olaraq ömürlük həbslə əvəz olunub. BU zaman qanunun məhkumun xeyrinə dəyişdirildiyi nəzərə alınmayıb.

Zeynallının sözlərinə görə, hüquq müdafiəçiləri siyasi məhbuslara qarşı işləri saxtalaşdıran və ədalətsiz hökmlər çıxaran müstəntiqlərin, prokurorların və hakimlərin siyahılarını tərtib etmək niyyətindədirlər. Həmçinin siyasi məhbuslara işgəncə verənlərin siyahıları tərtib olunacaq.

Zeynalovun fikrincə, həbs olunmayan, amma mitinqlərdən sonra saxlanılan, polis müşahidəsinə götürülən şəxslərin də siyahısı tərtib olunacaq.

Cinayətin baş verdiyi, amma siyasi səbəblərlə bağlı olduğu işlər də var, AXCP fəalı Təzaxan Mirələmlinin oğlunun işi kimi.

Fəalın oğlu 14 yaşında ona hücum edən, atası müxalifətçi olduğuna görə onu təhqir edən sinif yoldaşlarından özünü qoruyarkən törətdiyi qətlə görə həbs olunub. Bu, siyasi işdir, deyə Zeynallı bildirib.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin işi üzrə istintaq da hüquq müdafiəçisinin qınağına səbəb olur. Bu iş üzrə DİN 7 min nəfərin ölkədən çıxışını qadağan edib.

O qeyd edib ki, hüquq müdafiəçiləri siyasi məhbuslar probleminin həlli ilə bağlı hakimiyyətlə dialoqa hazırdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button