“Əcnəbi göydə balonlarla gəzir”?!

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

Sivil dünya və müasir Azərbaycan

Sivil dünya ticarətdə açıqlığı, biz himayəçiliyi dəstəkləyirik. Sivil dünya gömük tariflərini aşağı salır, Azərbaycan gömrük rüsumlarını artırır.

Sivil dunya elmə və inkişafa (R&D) sərmayəni artırır, müasir Azərbaycan elmə və inkişafa sərmayəni ixtisar edir. Bu illə müqayisədə gələn ilin dövlət büdcəsində elm xərcləri 7,3 faiz az, dövlət əsaslı vəsait qoyuluşu 38 faiz az proqnozlaşdırılıb.

Sivil dünya innovativ məhsullara investisiya edir, bilik iqtisadiyyatı yaradır, beyin məhsulu satır, müasir Azərbaycan ənənəvi təsərrüfatçılıq məhsullarına – pambıqa, tütünçülüyə, baramaçılığa – qayıdır.

Sivil dünya rəqabəti, müasir Azərbaycan inhisarçılığı dəstəkləyir, mərkəzləşdirilmə funksiyasına malik dövlət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradır və onun fəaliyyətinə prezidentin ehtiyat fondundan dəstək verilir.

Sivil dünya xüsusi mülkiyyəti qoruyur, onun sahibinin hüquqlarını artırır, müasir Azərbaycan sosial ehtiyaclar üçün mülkiyyətin məhdudlaşdırılmasına dair Konstitusiyaya dəyişiklik edir.

Sivil dünya mülkiyyət sahiblərinə dair informasiyaları açıqlayır, müasir Azərbaycan həmin məlumatlara girişi məhdudlaşdırmaqla yanaşı, onları yayanları cəzalandırır.

Sivil dünya izafi xərclər yaradan idman yarışlarından və əyləncələrdən imtina edir, müasir Azərbaycan birinci və sonuncu Avropa oyunlarına ev sahibliyi edir, dördüncü İslam Həmrəyliyi Oyunlarına bir necə gün üçün 211,7 milyon manat, elmə 1 il üçün 125 milyon manat büdcədən vəsait ayırır.

Sivil dünya elektro-mobil avtomobillərə keçir, müasir Azərbaycan hələ də yanacaq sərfi yüksək olan “Lexus LX 570”, “BMW X6”-ya üstünlük verir.

Dünya iqtisadiyyati 2,4 faiz artımla irəli, Azərbaycan iqtisadiyyatı 3,1 faiz enişlə geri gedir.

Sizcə, biz hara gedirik? Bəlkə sivil dünya yolunu azıb?!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button