Ədliyyə generalı işdən çıxıb, yoxsa məzuniyyətə göndərilib?

xanlar-z-1

Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.

Bu haqda məlumatı Unikal.org saytı yayıb. Saytın məlumatına görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb.

X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzunmüddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım, onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyə etdim. Məni Bakı Apelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O, əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.

Xural.com strateq.az-a istinadən bildirir ki, Xanlar Zeynalov vaxtilə polis sistemində işləyib, Ədliyyə Nazirliyinə də polisdən gedib. Bir müddət əvvəl mətbuatda onun fəaliyyəti ilə bağlı xeyli tənqidi materiallar yayılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button