Əflatun Amaşov Cəmil Həsənlinin MŞ-dan uzaqlaşdırılmasının səbəbini açıqladı

Əflatun Amaşov19.07.2013

“Cəmil Həsənlini tapa bilmirdik”

Mətbuat Şurasının sonuncu qurultayında Cəmil Həsənli qurumun İdarə heyətindən kənarlaşdırılıb. Bunun səbəblərinə gəlincə isə bir müddət öncə məsələ ilə bağlı Moderator.az-a açıqlama verən C.Həsənli bildirmişdi ki, onsuz da onu son zamanlar bu qurumun iclaslarına dəvət etmirdilər.

Moderator.az C.Həsənlinin MŞ-dan uzaqlaşdırılmasının səbəblərini öyrənmək məqsədilə Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib:

“Cəmil müəllim bizim görkəmli ziyalımızdır və bizim ona hər zaman böyük hörmətimiz olub. Onun MŞ-nın tədbirlərinə dəvət olunmamasına gəldikdə isə deməliyəm ki, son zamanlar biz ya onu tapa bilmirdik, ya da Cəmil müəllim iclaslarda özü iştirak etmirdi”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button