Əfv edilən Nemət Pənahlının həyat yoldaşı: “Elə bil yuxu görürəm”

DSC09646

Həcər Pənahlı: “Nemətin son günə qədər həbsdə qalacağını düşünürdüm”

Prezidentin imzalandığı əfv sərəncamı ilə azadlığa buraxılacaq siyasi məhbuslardan biri olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ailəsi xəbərin sevincini yaşayır. Cəzasının bitməsinə 10 ay qalan N.Pənahlının adının əfv siyahısına salınması Pənahlı ailəsi üçün gözlənilməz olub.
Partiya sədrinin həyat yoldaşı Həcər Pənahlı keçirdiyi hissləri bizə belə anlatdı:
“Nemətin həbsdə olduğu müddət ərzində bu proseslərin içərisində ən çox “Yeni Müsavat” qəzeti olub. Nemət həbs ediləndən heç zaman gözləməmişəm ki, həbs müddəti bitmədən azadlığa buraxılacaq. Əvvəllər çox ümidləndik, amma sonradan ümidlərimizin əksini gördük. Onu hospitala gətirəndən sonra çoxları deyirdi ki, azadlığa buraxılacaq. Amma qəti şəkildə onun azad olunacağına ümid etmirdim. Mənim üçün gözlənilməz oldu. Xəbəri jurnalistlərdən eşitdim. Özümü elə itirmişəm ki, elə bil yuxu görürəm. Hissim bundan ibarətdir. Çünki Nemətin günə-gün həbsdə qalacağını düşünürdüm. Yanvarın 8-də həbs etdikləri kimi, həmin tarixdə də azad edəcəklərini zənn edirdim. Hisslərimi ifadə edə bilmirəm. Hələ də xəbərin təsirindəyəm. Neməti sevindirmək o qədər də asan deyil. O, elə bir şəxsdir ki, öz həyatını şüurlu şəkildə yaşayır. Azadlığa buraxılacağına görə sevinəcəyini düşünmürəm. Həmişə bizə deyirdi ki, heç nəyə ümidlənməyin. O, hər şeyi Allaha buraxıb, yolunu gedən şəxsdir”.

Əlaqəli məqalələr

1 şərh

  1. Azərbaycan milli azadlıq hərakatının simvolu Nemət bəyin aşiqi olduğu azadlığa qovuşması çox sevindirici haldır.Bu münasibətlə onun ailəsini və bütün yaxınlarını təbrik edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button