Əhəd Abıyev İlyas İsmayılovun partiyasının rayon sədrini tutdurdu-VİDEO
strateq.az-a daxil olan məlumata görə, bu gün Daşkəsən rayon məhkəməsi rayon müxalifətinin əsas liderlərindən olan mübarizə adamı, Ədalət Partiyası Daşkəsən Rayon Təşkilatının sədri Elşad Qafarovu 8 ay müddətinə həbs edərək azadlıqdan məhrum edib. Elşad bəyin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır. Bundan öncə isə oğlu Nəsimi Qafarov 15 sutka inzibati həbs cəzası almışdı.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elşad Qafarov Gəncə şəhərində strateq.az-a bununla bağlı müsahibə də vermişdi. Daşkəsən şəhər icra hakimiyyətinin başçısından şikayətlənən Elşad Qafarov bildirmişdi ki, Əhəd Abıyev onu həbs etdirmək istəyir. Dəfələrlə ölkə rəhbərliyinə Daşkəsəndə baş verən korrupsiya haqqında məlumat verən və günahkarların cəzalandırılmasını tələb edən Elşad Qafarovu bundan sonra hədələməyə başlamışdılar. Bu da nəticə.
Həmin müsahibəni təqdim edirik: