Əhliman Əmiraslanov vətəndaşları dinlədi – FOTO

26022

Milli Məclisin Səhiyyə Komitəsinin sədri  Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüş keçirib. 

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən  deputat seçilən akademik Ə.Əmiraslanov seçicilərin müraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb.

YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə əvvəlcə millət vəkili Əhliman Əmiraslanov çıxış edərək son illər respublikamızda əhalinin rifahının yüksəldilməsi üçün görülən işlərdən söz açmış və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və xarici siyasətində qazanılan uğurlardan bəhs etmişdir. O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan danışaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib.

Sonra seçicilər çıxış edərək məmnuniyyətlə qeyd ediblər ki, Əhliman Əmiraslanov mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, həmişə seçicilərinin dərdinə şərik olub, insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib. Daha sonra görüşdə iştirak edən seçicilər müxtəlif səpkidə problemləri ilə əlaqədar deputata müraciət ediblər. Rayon sakinləri bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin  səhiyyə sahəsində müəyyən yardım istəyiblər. Əhliman Əmiraslanov bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib, seçiciləri narahat edən digər problemlərlə bağlı isə müvafiq strukturların rəhbərlərinə müraciət olunacağını bildirib.

Sabirabadda keçirilən görüşdə YAP Sabirabad  rayon təşkilatının sədri Nadir Quliyev də   iştirak edib.

26021 2602 26022

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button