Əhsənin üzünə duran xroniki alkoqolik imiş…

Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin məhkəməsi bu gün davam etdirilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Səbuki Hüseynovun sədrliyi ilə baxılır.

Bugünkü məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinin əməkdaşı Anar Şəfiyev dindirilib. O bildirib ki, Əhsən Nuruzadənin tutulmasında iştirak edib: “Əhsən Nuruzadəni əvvəllər tanımamışam, onun fəaliyyəti haqda heç bir məlumatım olmayıb”.

Ə.Nuruzadə məhkəmədə ifadə verərkən bildirmişdi ki, onu saxlayıb, maşınla “bandotdel”ə apararkən həm yolda, həm də idarənin özündə işgəncəyə məruz qalıb. Polis əməkdaşı isə məhkəmədə iddia edib ki, ona heç bir təzyiq olmayıb.

A.Şəfiyev söyləyib ki, dindar fəalın üzərinə saxlanılarkən yox, idarəyə aparılandan sonra orada baxış keçirilib və şalvarının cibindən narkotik tapılıb. Vəkil polis əməkdaşından niyə saxlanılarkən baxış keçirmədiklərini soruşub. O isə cavabında deyib ki, küçədə hal şahidi yox idi.

“Maşınımda insan alveri gedirdi”

Ə.Nuruzadə isə bu polis əməkdaşının ümumiyyətlə, onun tutulmasında iştirak etmədiyini bildirib. Dindar fəalın sözlərinə görə, taksi ilə gedərkən Səməd Vurğun bağının yanında maşının qarşısını kəsib, onu düşürüblər. Onu idarəyə aparıblar:  “Bu adamı idarədə görmüşəm. Məndən Fərid adlı adam ifadə alıb”.

Yeri gəlmişkən, bugünkü məhkəmədə hal şahidi qismində Namət İbrahimov da dindirilib. Taksi sürücüsü olduğunu deyən İbrahimov da iddia edib ki, Əhsənin üzərindən narkotik tapılmasına şahidlik edib: “İdarənin qarşısından keçirdim. Məni dəvət elədilər ki, hal şahidi olum”.

Vəkilin suallarına cavab verərkən etiraf edib ki, əvvəllər başqa işlərdə də şahidlik edib:

– Şahid qismində ifadə vermişəm. İnsan alveri ilə bağlı iş idi.

– İnsan alverinin şahidi olmusunuz?

– Bəli, maşınımda alver gedirdi…

Cinayət işinin materiallarında sənəd var ki, bu hal şahidi Namət İbrahimov xroniki alkoqolizm və psixi fəaliyyətin pozulması diaqnozu ilə 2014-cü ildən qeydiyyatdadır.

Amma özü deyir ki, heç bir xəstəlikdəəziyyət çəkmir, sadəcə, içki ilə əlaqədar tez-tez qanımı yudurur: “Allah prezidentin canını sağ eləsin, 12 manatdır…”

N.İbrahimov onun haqqında məlumat yayanları da hədələyib: “Eşitmişəm, internetdəmənim haqqımda yazıblar. Onlarla məşğul olacağam…”

Ə.Nuruzadənin məhkəməsi fevralın 20-də davam edəcək.

Xatırladaq ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi iləittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırovun müdafiəsindən və “Müsəlman Birliyi” hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.

Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button