Əli Əsədov danışdı

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələri və digər səbəblərdən vəzifəsini itirəcəyi haqda xəbərlərə reaksiya verib.

xural.com xəbər verir ki, haqqında deyilənlərə prezidentin köməkçisi Əli Əsədov cavab verib.

O, Musavat.com-a sabiq nazir Eldar Mahmudovla yaxınlığı haqda belə deyib:  “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdir”.

Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq isə Ə.Əsədov “mənim həbs olunacağım barədə deyilənlərin əsası yoxdu, cinayət etməmişəm ki, tutulam” cavabını verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button