ƏLİ ABBASOV ÖZ AMPLUASINDADIR

Nazir lisenziya yox, söz verir…

Rabitə və İnformasiya Texnologiyaları naziri iyul ayında növbəti kollegiya iclası keçirib. Xatırladaq ki, bu, cari ildə keçirilən 4-cü kollegiya iclasıdır. Kollegiya iclasında ənənəvi olaraq İKT sektorunun inkişafından danışılıb. Nazir 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda qeyd edib ki, artım tendensiyası 6-7 ildir ki, davam edir: “Yəni Azərbaycanın İKT sektoru hər 3 ildən bir 2 dəfə genişlənir. Bu ilin ilk altı ayı ərzində Azərbaycanda İKT gəlirləri 15% artıb ki, bu da ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur (APA). Yeri gəlmişkən, RİTN stasionar telefonların elktronlaşdırılmasını da başa
çatdırıb ki, buna görə zəhmətkeş rabitəçilərimizi təbrik etmək olar. Nəhayət ki, Azərbaycan öz müstəqilliyinin 20-ci il dönəmində Xruşşov-Brejnev texnologiyası ilə vidalaşmağa müvəffəq oldu.

Son 6 ayın uğurlarından danışarkən nazir mobil rabitə sektorundan danışmağı da unutmayıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil abunəçilərin sayı 518.965 min ədəd artaraq 9.629 mln ədəd təşkil edib ki, bu da hər 100 nəfərə təxminən 105 mobil abunəçinin düşməsi deməkdir. Sizcə, bu real rəqəmdirmi? Gəlin, qısa bir araşdırma aparaq. Məlim olduğu kimi,  Respublika əhalisinin 9 mln nəfər olduğu bildirilsə də, onun minimum 2 mln nəfəri Azərbaycanın hüdudlarından kənarda yaşayır. Qalan 7 mln. nəfərin 1,33 mln nəfəri 0-9 yaş qrupuna aid olan uşaqlardır ki, onların 90 faizi mobil telefondan istifadə etmir. Statistika Komitəsinin daha bir məlumatına görə, 65-dən yuxarı yaş qrupuna aid olan əhalinin sayı 589 min nəfər təşkil edir. (kənd rayonlarında yaşayan orta yaşlı qadınların əksəriyyəti də mobil telefondan istifadə etmir). Beləliklə, məlim olur ki, Respublikada de-fakto yaşayan 7 mln nəfər əhalinin daha 2 mln nəfəri də mobil telefondan istifadə etmir. Nazirlik isə bəyan edir ki, mobil abonentlərin sayı 9.629 nəfər təşkil edir. Bu isə o deməkdir ki, ölkədə mobil rabitədən istidadə edənlərin hamısının 2 mobil nömrəsi var. Sizcə bu, mümkündürmü?

Qeyd edək ki, Nazirliyin məlumatına görə, yalnız 2010-cu ildə mobil abonentlərin sayı 1.342.880 mln. nəfər artıb. Gömrük Komitəsinin məlumatına görə, ötən il  cəmi 107.918 min ədəd mobil telefon idxal olunub. Uyğunsuzluq göz qarşısındadır. Ölkəyə 1,2 mln qeyri-leqal telefon gətirilə bilməz. Ona görə də Nazirliyin göstərdiyi rəqəm ən azı iki dəfə şişirdilib.

Heç şübhə yoxdur ki, Əli müəllim əslində aktiv abonentləri deyil, 1994-cü ilən bu günə kimi mobil nömrə alanların sayını deyir. Mobil rabitə operatorları öz reklamları naminə aktiv abonentləri passivlərdən ayırmır.  Onlar istifadə edilməyən və ləğv olunan nömrələri də sayırlar. Operatorlar ardıcıl toplama qaydası  ilə abonentlərin sayını artıra-artıra gedirlər. Şübhəsiz  Nazirlik mobil abonentlərin real sayını bilir. Amma onu açıqlamır, operatorların verdiyi şişirdilmış rəqəmlərə göz yumur. Onsuz da sabah üstü açılsa, məsuliyyəti onların üstünə atacaq. Nazirlik şişirdilmiş abonent sayına sektorun inkişaf indikatoru kimi baxır. Başa düşmürlər ki, bu templə mobil operatorların “sayı” yaxın illərdə 20 mln-nu aşaraq, gülməli vəziyyətə düçəcək.

Kompüterlərin sayına görə, ən aşağı göstəriciyə malik olan (2010-cu ilin nəticələrinə görə, hər 100 nəfərə 15 kompüter düşür) ölkənin rabitə naziri mobil rabitə sektorunu hətta  Şərqi Avropa ölkələri ilə müqayisə edir. Amma texnologiya nəslinə görə, hətta Azərbaycan Tacikistan və Özbəkistandan da geridə qalır. Stasionar  şəbəkənin Elektronlaşdırılmasının 2011-ci ildə başa çatdırdığını fəxrlə qeyd edən baş rabitəçilərin, 4G-dən ümumiyyətlə, danışmaması başa düşüləndir. Yəni məsələ sürətdədir.

3G-yə gəlincə, nazirlik yenə də lisenziyaların yaxın vaxtlarda veriləcəyini deyir. Qeyd edək ki,  RİTN-nin rəsmi nümayəndələri “yaxın vaxt” söhbətini 2007-ci ildən edir. Üstündən 4 ilə yaxın vaxt keçib, hələ ortada ziddiyyətli bəyanatlar və vədlərdən başqa heç nə yoxdur.  Bəlkə “yaxın vaxt” dedikdə, nazirlik daha 3-4 il gözləməyi məsləhət görür? “Yaxın vaxt” söhbətini edən Rabitə və informasiya texnologiyaları nazirliyinin nümayəndələrinin nəzərinə: Biz informasiya dünyasında yaşayırıq, bəs siz?

Uğurlardan danışan RİTN nədənsə ilin əvvəlində verdiyi digər vədləri də unudub. Belə ki, nazir Əli Abbasov ötən iclaslarda rabitə sektorunda özəlləşdirmənin sürətindən narazı qaldığını bildirmişdi. O, özəl sektorun üzünə rabitə sektorunun qapılarını açacağını söz vermişdi. Nazir öz müsahibələrinin birində hətta fiksal rabitə üzrə monopolist olan “Bakıtelekom” və “Aztelekom” İB-nin  2011-ci ildə Səhmdar Cəmiyyətə çevriləcəyini və 2012-ci ildə özəlləşdirməyə çıxarılacağını demişdi. İlin ikinci yarısına gədəm qoysaq da, “Aztelekom” və “Bakıtelekom”un SC-yə çevrilməsi ilə bağlı hazırlıq işləri haqda ictimaiyyətə heç bir məlumat
verilməyib. Deyilə bilər ki, hələ il başa çatmayıb. Amma razılaşın ki, iki böyük monopolistin SC-ə çevrilməsi və özəlləşdirilməyə çıxarılması 1-2 aya olmur.

Verilən vədlərə baxmayaraq, son 6 ayda  özəl RTİN-nin özəl sektora hər hansı şərait yaratığına da rast gəlinmədi.  RİTN nəinki kiçik və orta səviyyəli rabitə müəssisələrini özəlləşdirdi, əksinə, ölkədə ən nümunəvi şirkətlərdən olan və ölkənin ən çətin iqtisadi vaxtlarında – 1995-ci ilə Azərbaycana gələn  “AzEurotel” BM-ni dövlətləşdirdi (milliləşdirdi).  Şirkətin dövlətləşməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumatda  bildirildi ki, hazırda 30 min nömrə tutumu və 27 min istifadəçisi olan “AzEuroTel” BM fəaliyyəti müddətində bir qayda olaraq müasir və nümunəvi  xidmətlər göstərməsinə baxmayaraq, son illərdə BM-nin maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər yarananaq, kənar təşkilatlara külli miqdarda borclar formalaşmışdı.” Bununla yanaşı, BM-nin investorlar üçün cəlbediciliyi azalaraq özəlləşməyə açılmasına baxmayaraq, bu proses başa çatmamışdı.  “AzEvroTel”in Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi xarici təsisçisi “Lukoyl-Evropa Ltd” şirkətinin ləğv edildiyi və  “AzEvroTel” BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınaraq, nizamnamə fondunda 50 % dövlət payı və 27 min abunəçisi olan bir müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə aparılıb”.
Beləliklə, nazirliyin rəsmi etirafına görə, müasir və nümunəvi xidmətlər göstərən şirkətin borcu yaranıb.  Hətta ona maraq göstərən investor belə tapılmayıb. RİTN isə şirkətin iflasına imkan verməmək üçün bu addımı atıb. Cənablar, heç bilmədən özünüzü baqaja qoyursunuz. Etiraf edirsiniz ki, rabitə sektorunda işgüzar iqlim acınacaqlıdır. Hətta ən müasir və nümunəvi
şirkət iflas astanasındadır. Bəlkə onu bu vəziyyətə çatdırmaq məsləhət olub? Bax, onu zaman göstərəcək.
Başa vurduğumuz 6 ayda rabitə sektorunda daha bir hadisə baş verdi ki, rabitəmizin ”uğurlarınan” danışarkən RTİN-in bir göz qırpımında 100 min “Catel” abonentini rabitəsiz qoyduguna da toxunmamaq olmur. Məlum olduğu kimi, “Catel”in  415.417.418 indeksli simsiz stasionar və 040 kodlu mobil abonentləri 3 aydır ki, rabitəsiz qalıb. “Catel”in xidmətlərindən kiçik sahibkarlar, ticarətçılər və aztəminatlı abonentlər istifadə edirdi. “Catel”də aylıq abunə haqqının 10 manat olduğunu nəzərə alsaq, bu 3 ayda şirkətin 3 mln manat gəlirdən və onlarla insan və təhcizatçı işdən məhrum oldugu üzərə çıxır. RİTN-nin generallarından olan İltimas Məmmədov isə ictimaiyyəti aldadaraq bildirdi ki, ““Catel” abunəçiləri üçün də mobil rabitə xidmətini bərpa etmək
üçün şirkətin rəhbərliyi ilə müzakirələr aparılır, konkret hansı qərarın verilməsi yaxın günlərdə dəqiqləşəcək”.

Gözlə deyirlər, gözləyək. Düz  10 il ATS-lərin elektronlaşmasını gözləmədikmi? Düz 10 il 3-cü mobil operatorun gəlişini
gözləmədikmi? 3 ildir 3G-ni gözləmirikmi? “Catel”in bağlanmasından isə cəmi 3 ay keçib…

 

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button