Əli Abbasovun işdən azad edilməsinin səbəbləri məlum oldu

Əli Abbasovun işdən azad edilməsinin səbəbləri məlum oldu

“Rabitə Nazirliyini MTN-nin poliqonuna çeviribmiş”
Azərbaycanda dövlət vəzifələrindən şəxsi maraqları naminə istifadə edən, qanunlara riayət etməyən, öz vəzifələrini yerinə yetirməyən məmurların cəzalandırılması prosesi davam edir. Son aylarda onlarla yüksək vəzifəli məmur öz vəzifəsindən azad edilib və məsuliyyətə cəlb olunub. Ölkə prezidenti son aylardakı çıxışlarında dəfələrlə belə məmurları sərt xəbərdarlıq etmişdi və bildirmişdi ki ölkədə heç kim toxunulmaz deyil – qanunlara riayət etməyən, öz vəzifəsindən sui-istifadə edən şəxslər ən sərt şəkildə cəzalandırlacaqdır. Qısa vaxt keçdikdən sonra prezidentin bu xəbərdarlığının heç də adi söz olmadığı aydın oldu. Belə ki, son 1 ayda onlarla yüksək rütbəli dövlət məmuru yol verdiyi nöqsanlara görə ağır formada cəzalandırıldı. Bu porses davam edir.
Bu gün isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezidentin sərəncamı ilə işdən azad edildi. “Azadinform” Əli Abbasovun vəzifəsindən azad edilmənin səbəbləri haqda məlumat əldə edib.
Məlumata görə, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RTYN) rəhbər vəzifədə çalışan şəxsləri də cəlb edib.
Belə ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.
Prezident İlham Əliyev ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan  vətəndaşların  hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi dəfələrlə tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.
İlkin araşdırmalar göstərib ki, nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.
Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb.
Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, “Aztelekom” İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov, nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da var.
Əldə etdiyimiz məlumata görə, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb. Lakin faktlar göstərir ki, bəzi yüksək rütbəli dövlət məmurları bu tələbləri qulaqardına vurub, xalqın, dövlətin mənafeyi üçün çalışmaq əvəzinə yalnız şəxsi mənfəətlərini təmin ediblər. Nəticədə dövlət rəhbəri tərəfindən layiqli cəzalarını alıblar.
Beləliklə, dövlət siyasətini düzgün həyata keçirməyən, öz vəzifəsindən sui-istifadə edən məmurların ciddi cəzalandırılması davam edir. Ölkə prezidenti bununla bağlı qəti iradəsini ortaya qoyub. Amma əsas məsələ təkcə bu deyil.  Dövlət başçısının bu istiqamətdə fəaliyyəti təkcə belə məmurların vəzifədən azad edilməsi və həbs edilməsi ilə yekunlaşmır. Bu fəaliyyət son 1 ayda ölkə Prezidentinin təşəbbüsü və birbaşa tapşırığı ilə sahibkarların yoxlanmasını 2 illiyə dayandırılması, Vergi Məcəlləsinə müsbət dəyişiliklər edilməsi, gömrük sistemində mal keçirilməsi ilə bağlı dəyişikliklər kimi vətəndaşların xeyrinə olan çoxsaylı məsələləri əhatə edir.
Bu tendensiya onu deməyə əsas verir ki, yaxın vaxtda ölkədəki bütün problemlər öz həllini tapacaq və Azərbaycanın inkişafı üçün heç bir maneə qalmayacaq.
AZADİNFORM

Əlaqəli məqalələr

1 şərh

  1. Men hörmetli professor Əli müellimi Igtisad universitetinde islediyim vaxtlardan taniyiram ve sadece bu serhimi yazmaq isteyirem ki, hörmetli professor Əli Abbasov bizler ücün her zaman Azerbaycanin en degerli akademiki, en deyerli, vicdanli ve xeyirsever insanidir. Cox meyusuq ki, orda o qeder „xüsusiler zerervericiler“ qalaraq, bele bir deyerli insana qarsi sabotaj edibler.

    …Men Avstriyada 12 ildir ki yasayiram ve bu illerde xarici diller institut qurdum ve cox qisa zamanda menim institutum Vyana seherinde en taninan ve en sevilen institut oldu. 2013-2014 illerinde Vyana seher beldiyyesinin sabotajina meruz qaldim. Bu arada bütün iscilerim mene destek olmadiglari ücün, hemin institututu konkurs göstererek baska bir institut qurdum ve etrafimda olan bütün yalnis insanlari temizledim. Sükürler olsun yeni institumda her sey yolundadir, sadece isci alarken cox diqqet edilmesi lazim. Sabotaj olunurken qurumun icerisine xüsusi insanlar gönderilir, bu insanlar quruma zerer vuracaq böyük xetalar töredirler ve sonunda ise qurumun bascisi bütün sehfleri görmek mecburiyyetinde oldugu bildirilir ve mesuliyete cekilir. Insan iceride xain iscilerin oldugunu zamaninda bilmesi mümkün olan bir sey deyil, hec kimse inana bilmez ki, birileri maas aldigi is yerine zerer vurmaq niyyetindedir. Eyer biri deyerse ki, o böyük bir is yerinin her bir küncüne nezarte ede biler, o zaman cavab budur: „Buyurunuz!“. Cünki is rehberi ücün bele bir nezaret ede bilmesi mümkün olmayan bir seydir…

    Hörmetli professor Əli Abbasova qarsi olan bu haqsizliqlar hamimizi cox meyus edir ve arzu edirik ki, deyerli professorumuz pis niyyetli insanlarin serinden uzaq olsun ve Allahimiz onun etdiyi yaxsiliqlarini her zaman qarsisina cixarsin ve insan seklinde olan seytanlardan qorusun… Dualarimiz Sizinledir hörmetli professorumuz!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button