Əli İnsanova 7 il 5 gün iş verdilər!

Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xural.com Bizimyol.infoya istinadən xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə övlət ittihamçısı çıxış edərək, Ə.İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
2005-ci ildən həbsdə olan Əli İnsanova qarşı 2016-cı ilin oktyabr ayında – azadlığa çıxmasına 58 gün qalmış yeni cinayət işi açılıb. İttihama əsasən, keçmiş nazirdən psixotrop tərkibli dərman tapılıb, o, cəzaçəkmə müəssisəsinin əməkdaşını döyüb.
Ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi təkrar törədildikdə) maddələri üzrə ittiham verilib
O, 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib. Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət 2013-cü ildə təmin edilib. Qərar 14 iyun 2013-cü ildə qüvvəyə minib.Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilsə də, məhkəmə hökmü qüvvədə saxlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button