Əlizadə Aysel Alim qızının müşahidəçiləri təlimçini heyrətləndirdilər

aysel27

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının müşahidəçiləri üçün növbəti təlim keçirilib.

Xanım namizədin seçki qərargahında baş tutan təlimə seçkilər üzrə mütəxəssis Namaz Kərimov  spikerlik edib.

Müşahidəçilərin qanunvericiliyə uyğun səlahiyyətləri barədə informasiya verən təlimçi onlara qarşılaşa biləcəkləri problemli situasiyalarda necə davranmalı olduqlarını izah edib.

Təlimçi daha sonra müşahidəçilərin suallarını cavablandırıb. Namaz Kərimov sonda təlim keçdiyi gənclərin səviyyəsindən razı qaldığını və onların fəallığından heyrətləndiyini dilə gətirib.

aysel27 1 aysel27 2

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button